ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Çin: ABŞ Suriya neftinin 80 faizini oğurlayır

 “Suriyalılar yanacaq növbəsinə durduqları halqda ABŞ bu ölkə yanacağının 80% oğurlamaqdadır.”

bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

O, bəyan edib ki, ABŞ və onun Suriyadakı qüvvələri gündə 66 min barelə qədər neft oğurlayır ki, bu da Suriyanın ümumi neft hasilatının 82%-nə bərabərdir.

Çin rəsmisi qeyd edib:

“Suriya da Əfqanıstan, İraq və Liviya kimi ABŞ rejiminin növbəti qurbanıdır. Buna görə də Suriya xalqı qorunulması əvəzinə hüquq və həyatdan məhrumdur. İndi siz Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edin və Suriya xalqının çağırışına cavab verin. Birləşmiş Ştatlar Suriyaya qarşı birtərəfli sanksiyaları ləğv etməli, Suriyanın milli resurslarını talan etməyi dayandırmalı, bu xalqa təzminat ödəməli və burada yaratdığı problemləri aradan qaldırmaq üçün konkret tədbirlər görməlidir.”

Qeyd edək ki, bundan öncə Suriya Neft və Ehtiyatlar Nazirliyinin verdiyi açıqlamaya görə, “2022-ci ilin birinci yarısında orta hesabla gündəlik neft hasilatı təxminən 80,300 barel olub. ABŞ-ın işğalçı qüvvələri və muzdluları bu miqdardan gündə 66,000 barel oğurlayıblar. Bu da ümumi neft hasilatının 82%-ni təşkil edir.”

Əlavə edilib ki, “avqustun əvvəlindən bəri ABŞ və dəstəklədiyi qüvvələr tərəfindən ən azı 10 neft oğurluğu hadisəsi baş verib və oğurlanmış neftin Suriya xaricindəki Amerika bazalarına daşınması üçün 800-ə yaxın tankerdən istifadə edilib”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button