Çavuşoğlu ABŞ prezidentliyinə namizədi cahillikdə ittiham etdi
bunu, ABŞ prezidentliyinə namizəd Co Baydenin Türkiyə ilə bağlı qalmaqallı sözlərini şərh edən Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Baydenin prezident seçicələyi halda hazırkı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “kənarlaşdırma” məqsədi ilə Türkiyə müxalifətini dəstəkləyə biləcəyinə dair sözləri “cahillikdir və Türkiyə xalqına etinasızlıqdır”.
“Biz bu cür zorla qəbul etdirməni qəti surətdə təkzib edirik”, – deyə Çavuşoğlu ABŞ dövlət katibi Mayk Pompeo ilə Dominikan Respublikasında keçirdiyi görüşün nəticələri barədə danışarkən bildirib.
Türkiyəli nazir həmçinin ABŞ-lı həmkarı ilə Liviyadakı vəziyyəti də müzakirə edib.
Onun sözlərinə görə, tərəflər bu ölkədəki vəziyyətlə bağlı mütəxəssislər səviyyəsində məsləhətləşmələri davam etdirməyə dair razılığa gəlib.