ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Çavuşoğlu iranlı həmkarı ilə danışdı

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianla türkiyəli həmkarı Mövlud Çavuşoglu arasında telefon danışığı baş tutub.

Qafqaz.ir-nin məlumatına əsasən, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazirlər ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar və Əmir-Abdullahiyan Türkiyə xarici işlər nazirinə Şirazdakı terror aktı ilə bağlı başsağlığına görə təşəkkür edib.

İranlı nazir bildirib ki, bəzi düşmənlər son hadisələrdən sui-istifadə edərək İranda qeyri-sabitlik yaratmağa çalışır.

Çavuşoğlu isə öz növbəsində bildirib ki, İran və Türkiyə təkcə iki qonşu ölkə deyil, həm də yaxşı və pis gündə həmişə bir-birinin yanında olan iki qardaş ölkədir.

O, Şirazdakı terror hadisəsini pisləyərək bir daha Türkiyə hökuməti və xalqı adından başsağlığı verib.

“Biz terrorla mübarizədə həmişə İranın yanında olmuşuq və olacağıq”, – deyə Çavuşoğlu əlavə edib.

Türkiyənin xarici işlər naziri İran və Azərbaycan arasında danışıqlar prosesini bir daha alqışlayıb. O vurğulayıb ki, hər iki ölkə Türkiyənin dostudur və İranla Azərbaycan arasındakı dostluq onları sevindirir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button