ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Cənubi Qafqazda tranzit yolları üstündə rəqabət güclənir

İranın Mehr Xəbər Agentliyi Zəngəzur Dəhlizi ilə bağlı geniş məqalə dərc edib.

Qafqaz.ir-nin məlumatına əsasən, Mehr Xəbər Agentliyi bu barədə yazır: Hazırda Bakı üçtərəfli bəyannamənin 9-cu maddəsinə istinad edərək, Zəngəzur dəhlizi adlandırılan dəhlizin açılmasına çalışır. O, Ermənistan ərazisindən keçməklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək. Moskvanın isə Cənubi Qafqazda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzündən 25 ildir bağlı qalan dəhlizlərin açılmasına çağırışı Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaradıb. Bu isə bölgədə maraqları olan digər tərəfləri narahat edir.

Mehr bu barədə yazır ki, Cənubi Qafqaz coğrafi baxımdan Şərqi Avropa ilə Qərbi Asiyanın sərhədi hesab olunur. Gürcüstan, Ermənistan və Azərbaycan məhz bu regionda yerləşirlər. İndi burada dəhlizlər yenidən açılarsa, demək, bölgənin geosiyasi mövqeyi dəyişəcək. Bu halda 3 Cənubi Qafqaz ölkəsi arasında rəqabətin güclənəcəyi öz yerində, tranzit yollarına çıxış üçün Rusiya, Çin və Türkiyə arasında trans-regional rəqabət də artacaqdır.

Ankara bu üzdən Qarabağ müharibəsinin başa çatması ilə Rusiya, Azərbaycan, İran, Türkiyə, Gürcüstan və Ermənistanı özündə birləşdirəcək altıtərəfli regional əməkdaşlıq platforması təklifi ilə çıxış edib. Tehran da öz növbəsində, demək olar ki, eyni vaxtda Cənubi Qafqazın üç ölkəsini yəni Azərbaycan, Ermənistan və Gürcüstanı və üç trans-regional dövləti (İran, Türkiyə və Rusiya) birləşdirəcək “3+3” modeli kimi oxşar təklif irəli sürüb. Azərbaycan bir-birinə bənzər olan bu təklifin hər ikisini məmnunluqla qarşılayıbsa, Ermənistanla Gürcüstan hələ ki, bu planları qəbul etməyə hazır görünmürlər.

Bununla belə müəllif qeyd edir ki, Cənubi Qafqazda əməkdaşlıq imkanlarının artması fürsət kimi qiymətləndirilə bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button