ArxivSosialXəbər lentiXəbərlər

Bu üsulla ABŞ və İsraili izləyirik

“Rasthaber Azərbaycan” xəbər verir ki, İranın konstitusiyaya riayət edilməsinə nəzarət Şurasının (Ali dini lider yanında məşvərətçi orqan) katibi, general Möhsün Rezayi dünın Tehranda keçirilən tədbirdə bildirib.

İranın 22 aprekdə “Nur” adlı kosmosa göndərdiyi sputnikdən danışan Rezayi “Hərbi sputnikimiz ABŞ və İsraildən əla keyfiyyətli  sputnik görüntüsü göndərir və həssas raketlərimiz Amerikalılar arasında təşvişə səbəb olub.”, -deyə qeyd edib.

Venesuelaya göndərilən neft tankerlərindən də danışan Möhsün Rezayi “Amerikalılar tankerlərimizi saxlamaq istədi, fəqət PUA-larımızı ABŞ hərbi gəmilərinin başının üstünə göndərdik. Amerikalıların təhdidinə baxmayaraq neft tankerlərimiz Venesuelaya çatdı.”, -deyə əlavə edib.

Bir müddət öncə İran “Fortune”, “Forest”, “Petunia”, “Faxon” və “Clavel” adlı tankerlərlə ümumilikdə 1 milyon 53 min barel nefti Venesuelaya göndərib.
Bu gün isə humanitar yardım gəmisi Venesuela sahillərinə çatdığını açıqlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button