İndoneziya parlamenti nikahdan kənar cinsi yaxınlığa – həm xəyanət, həm də nikahdan öncəki cinsi yaxınlığa görə cinayət məsuliyyəti tətbiq edib.
Qafqaz.ir “İnterfaks”-aistinadən xəbər verir ki, bu qanunu pozanlar iki ilədək azadlıqdan məhrum ediləcəklər.
Söhbət ölkənin Cinayət Məcəlləsinə edilən və yekdilliklə qəbul edilən düzəlişlərdən gedir.
Dəyişikliklə eyni dərəcədə həm ölkə vətəndaşlarına, həm də əcnəbilərə şamil ediləcək.
Artıq düzəlişlər paketini prezident Coko Vidodo imzalamalıdır.
Yenilənmiş Cinayət Kodeksi bundan 3 il sonra qüvvəyə minəcək. Ədliyyə Nazirliyindən bildirilib ki, belə bir müddər lazımi əsasnamələr və hüquqi tətbiq qaydasının hazırlanması üçün lazımdır.
Xüsusilə də, sözügedən düzəlişlər nikahsız birgəyaşayış və cinsi yaxınlığı qadağan edir. Əgər ər və ya arvad, valideynlər və ya qanunu pozan şəxsin övladları zina ilə bağlı polisə şikayər edərsə, qadağanın pozulması ilə bağlı cinayət təqibi qüvvəyə minir.
Həmçinin Cinayət Məcəlləsində abort üçün də cinayət məsuliyyəti qalır, lakin hamiləliyin ananın həyatı üçün təhdid olduğu hallar istina edilir.
Bundan başqa, ateizmin təbliği də qadağan edilir. Bunadək isə Cinayət Kodeksi ateizmin özünü və dindən imtinanı qadağan edirdi. Ölkədə qanunvericiliklə İslam, protestantizm, katolisizm, induizm və konfusiçilik qəbul edilir. Küfrə görə 5 illik həbs, kommunist meylli təşkilatlarla əlaqələrə görə isə 10 ilədək həbs nəzərdə tutulub.