ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bu gün məhərrəm ayının ikisidir, günün tarixi hadisələri

Hicri-qəməri təqvimi ilə bu gün məhərrəm ayının ikisinə təsadüf edir.

Qafqaz.ir  xəbər verir ki, artıq ötən gündən başlayaraq Azərbaycan da daxil olmaqla Əhli-beyt sevənlərin olduğu ölkələrdə əzadarlıq mərasimlərinə start verilib. Ötən gün məhərrəm ayının biri Rusiya, Gürcüstan, İran, İraq, Pakistan, Livan və Əfqanıstanda, eləcədə Avropa, Amerika və Afrikanın bir sıra ölkələrində koranavirus pandemiyası ilə bağlı səhiyyə qaydalarına əməl etməklə məhdud şəkildə də olsa mərasimlər keçirilib. Sadalanan ölkələrdə əsasən üstü-açıq məkanlarda, sosial məsafələrin təmin edilməsi maskaların vurulması və sair qaydalara riayət etməklə əzadarlıq mərasimləri olub. Lakin Azərbaycanda bu yalnız məscidlərdə məsul şəxslər vasitəsilə həyata keçirilib və virtual olaraq yayımlanıb.

Məhərrəmin ikinci gününün tarixinə gəldikdə isə tarixçilər bu barədə bir sıra maraqlı məqamlara toxunurlar. Bildirilir ki, hicri-qəməri tarixinin 61-ci ilində Məhərrəm ayının ilk günündə İmam Hüseyn (ə) Kufənin ətrafına çatmışdı. İmam bu zaman Aşura qiyamının ilk şəhidi olan əmisi oğlu və səfiri Muslim ibni Əqilin şəhid olması xəbərini almışdi. Buna görə Məhərrəmin ilk günündə Muslim ibni Əqilin şəninə sinəzənlər deyilir və əzadarlıq saxlanılır.

Tarixi faktlara əsasən İmam Hüseyn (ə) və onun karvanı Məhərrəm ayının ikisində Kərbəlaya daxil oldu. İmam, bu hansı yerdir soruşduqda, ona bura Kərbəladır dedilər. Bu zaman İmam buyurdu: “İlahi sənə sığınıram Kərb (qəm-qüssə) və bəladan”

Əslində İmam Hüseynin istiqaməti Kufəyə idi. Lakin Yezidin İraqdakı valisi Ubeydullah ibni Ziyadın əmrindən sonra Hürr ibni Yəzid Riyahi ordusu ilə İmamın qarşısını aldı və onu istiqamətini səhraya doğru dəyişməyə məcbur etdi. Nəticədə Aşura karvanı suyu olmayan quru bir səhraya, Kərbəlaya gəlib çıxdı. Bu İmamın son otraq etdiyi yer oldu. Qeyd edək ki, Hürr daha sonra səhvini başa düşərək, İmam Hüseynin tərəfinə keçir və elə bu yolda da şəhid olur.

Tarixi faktlara görə, İmam Huseyn Kərbəlaya çatanda nələrin baş verəcəyini təxmin etmişdi. İmam Kərbəla çölundə 36 kvadrat kilometr torpaq sahəsini 60,000 dirhəm pula Neynəva və Ğaziriyyə camaatından özünün və şəhidlərin cəsədlərinin dəfni üçün satın aldı. İmam onlarla şərt kəsir ki, ziyarətə gələn camaata bələdçilik etsinlər və ziyarətçilərə 3 gün qonaq kimi qulluq etsinlər.

Bəzi tarixi araşdırmaçılar bu günün həzrət Zeynəbə məxsus olduğunu yazıblar. Buna görə Məhərrəmin ikinci günündə daha çox həzrət Zeynəbin şəninə mərsiyələr və rövzələr oxunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button