ArxivXəbər lentiXəbərlər

Bu gün Gürcüstan yeni prezidentini seçir

Gürcüstanda saat 08:00-da prezident seçkilərində səsvermə üçün səsvermə məntəqələri açılıb.

Qafqaz Mədəniyyət Mərkəzi “Report”-a istinadən xəbər verir ki, bülletenlərdə qeydiyyatdan keçmiş 25 namizədin adı olacaq. Ancaq buna qədər iki namizəd – Akaki Asatiani və Vaxtanq Qabuniya namizədliyini geri çəkib.

Ekspertlərin qiymətləndirməsinə və sosioloji sorğuların nəticələrinə əsasən, əsas mübarizə üç namizəd – keçmiş xarici işlər naziri Salome Zurabişvili, “Güc və Birlik” müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək.

Bu seçkilər dövlət başçısının sonuncu birbaşa seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək.

Qeyd edək ki, Gürcüstandakı prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində də üç seçki məntəqəsi açılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button