ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bu gün Beynəlxalq Hicab Günüdür

Fevralın 1-i Beynəlxalq Hicab Günü kimi qeyd edilir.

bu gün dünyada milyonlarla qadına hicab barədə məlumatlar verilir və bu istiqamətdə maarifləndirmə işləri aparılır.

Hicab Gününün qeyd olunması ilə bağlı fikrin müəllifi qeyri-müsəlman rəfiqələrinə hicab örtərək qadın gözəlliklərini yad gözlərdən qorumağı təklif edən Nyu-York sakini xanım Nazma Xandır. Ötən illərdə Nazmanın bu ideyası bütün dünyadan dəstək alıb. Onun qrupunun hazırladığı maarifləndirici broşürlər çoxsaylı dillərə tərcümə olunub. Bununla bağlı rəsmi internet səhifəsi də açılıb: www.worldhijabday.com.

Nazma Xan bildirir ki, bu kampaniyanı təşkil etməkdə məqsədlərdən biri dinlərarası tolerantlığı Hicab vasitəsilə insanlara çatdırmaqdır.

Böyük Britaniya, Avstraliya, Hindistan, Pakistan, Fransa, Almaniya və digər ölkələrdən olan onlarla qadın hicabla bağlı sullar vermək və müsəlman örtüyünü bir günlük bağlamağa hazır olduqlarını bildirmək üçün Nazmaya müraciət ediblər.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button