ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bu gün Bakıda “Zəfər paradı” keçiriləcək

Bu gün Azərbaycan Respublikasında II Qarabağ müharibəsində qələbə həsr olunmuş hərbi parad keçiriləcək.

Qafqaz.ir  Apa-ya istinadən xəbər verir ki, Bakının Azadlıq Meydanında keçiriləcək “Zəfər paradı”nı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvlərinin izləməsi gözlənilir.

Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi nəzərdə tutulur.

Paradda Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button