ArxivXəbər lentiXəbərlər

Londonlu müsəlmanlar Milad günü evsizlərə 10 ton ərzaq paylayacaq

Londonda yüzlərlə müsəlman 10 ton ərzaq məhsulunu Həzrət Məsihin (ə) mövludu münasibətilə bayram günlərində şəhərdəki evsizlərə paylayıb.

Qafqaz.ir Deyerler.org ya istinadən xəbər verir ki, bu xeyriyyə aksiyasını Londonun Vaytçapl rayonundakı Şərqi London məscidi təşkil edib. Yüzlərlə londonlu müsəlman dekabrın 16-da cümə namazından sonra, təxminən 10 ton ərzaq məhsulunu Milad günü ilә әlaqәdar Londondakı evsiz insanlara paylanılması məqsədilə məscidə təhvil verib.

London məscidinin rəhbərliyindən Dilavər Xan infaq etməyin İslam və xristianlıq üçün ən mühüm ortaq nöqtə olduğunu deyib. Londonun Müsəlman Xeyriyyə İnstitutunun direktoru Cahangir Malik isə xeyriyyə aksiyası barədə belə danışıb: “Bu gün iqtisadi böhran və mənzillərin bahalı olması səbəbilə bir çox insan küçələrdə yaşamağa məcbur qalıb. Biz bir müsəlman kimi, irq, din ayrıseçkiliyi etmədən Milad günü ehtiyacı olanlara yardım üçün əlimizdən gələni etməyə çalışacağıq. Ehtiyacı olanlara kömək etmək İslamın qəti əmrlərindən biridir. Biz yoxsulluq içərisində olan hər kəsə kömək etmək üçün əlimizdən gələn köməyi etməliyik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button