ArxivXəbər lentiXəbərlər

“Böyük Zindandan kiçik zindana məktub”-ZİNDANNAMƏ

Dəyərli oxucularımız vetenugrunda.az saytının “Zindana məktub…” layihəsi yekunlaşmaq üzrədir və biz hazırda “Zindannamə” kitabı üzərində çalışırıq.
Lakin “Zindana məktub”lar gəlməkdə davam edir. Odur ki bu ərəfədə son məktubları da vetenugrunda.az-da dərc etməli olduq.
Vetenugrunda.az-ın kollektivi adından layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırıq.

Növbəti məktubu Müsəlman Birliyinin şərlənərək həbs edilən fəalı Əhsən Nuruzadəyə Səfərəliyev Rəşad göndərib.

“Böyük Zindandan kiçik zindana məktub”

“Müsəlman Birliyi Hərəkatının fəal üzvü Əhsən Nuruzadə haqqında həbsi qətiyyətlə pisləyirəm.
Əhsən Nuruzadə hər bir Azərbaycan vətəndaşı kimi “Nardaran işi” məhkəmə proseslərinin yaxından iştirakçısı idi və Bakı şəhər İcra hakimiyyəti tərəfindən qanunla nəzərdə tutulmuş qaydada etiraz aksiyalarında iştirak edən Azərbaycan vətəndaşıdır.

Biz azərbaycanlılar Əhsən Nuruzadə haqqında çıxarılan qanunsuz şərləmə prosesinin tezliklə Ədalətli hökmlə bərpa olunmasını tələb edirik.

Hamınıza tanış olan bir qardaşı deyirəm, o, qardaş ki, ƏHSƏN adında… Onun həyatı haqqında qısa oxudum və anladım ki, insanlar əslində onu niyə sevirmişlər.

Hazırda aramızda Əhsən qardaş kimi qardaşlarımız var, onların haqqları boynumuzdadı.

Tarixdə çox böyük zalımlar olublar, zülmlər ediblər və hər zalımın zülmünə etiraz edən Azadələr olublar. Onlar əvvəl özləri zülm etməkdən uzaq olublar, sonra Allaha xalisanə bəndəlik ediblər, daha sonra Allah- mütəal onları zalımların üstünə göndərib, zalımları o müxlis bəndələrinin vasitəsilə məhv edib.

Bu gün günümüzdə əslində çox kiçik zalım bir rejim və havadarları bizlərin gücümüzə bələddirlər onun üçün zülmlərini həm istədikləri kimi edirlər həm də artırırlar.

Baxın buna sübut olaraq Nardaran məhkəmələrini göstərə bilərəm. Zalımlar o məhkəmədə özlərinin nə qədər çox cılız və qorxaq olduqlarını sübut etdilər. Vəkillər Kollegiyası “Nardaran işi” məhkəmələrində günahsız insanları müdafiə etdiklərinə görə ölkənin ən yaxşı vəkillərini qurumdan uzaqlaşdırdılar, nə qədər hakimə töhmət verdilər nə qədər “nazorlara” xüsusi göstəriş verdilər.

Hətta Qobustan həbsxanasının rəisini dəyişdirdilər. Nə qədər fəalları müəyyən vaxtlarda həbs etdilər, qorxutdular, işgəncələr etdilər bunları daha çox yazmaq olar.

Bəndəyifəqir adımnan deyirəm bu gün Azərbaycanda olan zalımlar etdikləri zülmlərini dayandırmasalar özlərinin etdikləri zülmlər onların sonlarını yaxınlaşdıracaq və tezləşdirəcək. Biz azərbaycanlılar Əhsən Nuruzadəyik.

Hər bir fərdin ümumbəşəri hüquq normaları var təəssüflər olsun ki, Azərbaycanda hüquq normalarına nəyinki əməl olunmur hətta hüquq müdafiəçilərini həbslərə atırlar. Bu isə Azərbaycan hakimiyyətinin artıq məhv olduğunun göstəricisidir.

Əhsən Nuruzadənin ailəsinə Allahdan səbr dözüm dua edib bildirirəm ki əslində bu gün Azərbaycan cəmiyyətində Əhsənlərin sayı günbəgün artmaqdadır.

Əhsən Nuruzadənin kiçik qardaşı Rəşad.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button