Kanal bildirdi ki, bu siyahıya müharibənin baş verdiyi ərazilərdə uşaqları öldürən hökumətlər daxildir.
Sionist rejimin uşaq qatili baş nazir Benyamin Netanyahu da bu qərar qarşısında deyib ki, Birləşmiş Millətlər Təşkilatı özünün bu qərarı ilə tarixin qara siyahısına salıb!
O, daha sonra guya sionist rejim ordusunun dünyanın ən əxlaqlı ordusu olduğunu iddia edərək BMT-nin heç bir qətnaməsinin bu həqiqəti dəyişdirməyini deyib.
Sionist rejimin BMT-dəki nümayəndəsi də bu qərara cavab olaraq Quterreşlə telefon danışığında qara siyahıya düşən şəxs HƏMAS-ı həvəsləndirən Quterreşin özüdür və onun bu qərarlarından məqsədi sionist rejimə qarşı nifrət yaratmaqdır.
Fələstin müqavimət komitələri də BMT-nin sionist rejimin adını uşaq qatili rejimlərin qara siyahısına salması qərarını müsbət qiymətləndirib.
Bu komitələr BMT-dən üsyankar sionist rejimin mühakimə olunmasını, uşaq və qadınların qətliamından öyünüb onları Qəzzə xalqına qarşı apardıqları müharibənin əsas hədəfinə çevirən cinayətkar başçılarına qarşı şiddətli sanksiyaların tətbiqini istəyiblər.
Rəsmi statistikayalara görə, inidyədək Qəzzədə aparılmış 8 aydan çox dəhşətli hücumlar nəticəsində 36 mindən çox fələstinli şəhid olub, 86 min nəfər isə yaralanıb.
Anklavda məktəblər, yaşayış evləri, xəstəxanalar və məscidlər də daxil olmaqla Qəzzənin mülki infrastrukturunun təxminən 70 faizi dağıdılıb.
Uşaq qatili Sionist ordusunun Qəzzədə törətdiyi faciələrdə fələstinli şəhidlərin ümumi sayının təxminən 40%-ni təşkil edən 15 mindən çox fələstinli uşaq öldürülüb.