ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Blinken Əliyevdən Laçın dəhlizinin blokunu dərhal açmağa çağırdı

ABŞ dövlət katibi Azərbaycandakı hakim rejimin başçısı ilə telefon danışığında onu kommersiya nəqliyyatı üçün Laçın dəhlizinin blokunu dərhal açmağa çağırıb.
Entoni Blinken deyib ki, Laçın dəhlizində humanitar böhran təhlükəsi Ermənistan və Azərbaycan arasında sülh perspektivlərinə zərbə vurur. Dövlət katibi Əliyevi Ermənistanla ikitərəfli sülh danışıqlarında səylərini artırmağa çağırıb. O, Azərbaycanda insan haqları ilə bağlı narahatlıqları da dilə gətirib.
Öz növbəsində Azərbaycan tərəfinin məlumatında bildirilir ki, İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button