ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bizim Azərbaycan xalqı ilə heç bir problemimiz yoxdur və bir-birimizlə tamamilə qohumluq hissinə malikik

 Bizim Azərbaycan xalqı ilə heç bir problemimiz yoxdur və bir-birimizlə tamamilə qohumluq hissinə malikik.
Əlcəzirə informasiya kanalına müsahibə verən Əli Əkbər Vilayəti əlavə edib: Az sayda iki xalq mövcuddur ki, bir belə ortaqlığa malik olmuş olsun. Ümid edirik ki, həmin ölkənin məsul şəxsləri iki tərəfin ortaqlıqları və qardaşcasına əlaqələrinin dərinliyini dərk edəcək və biləcəklər ki, İran heç vaxt iki qonşu və qardaş ölkə əlaqələrində gərginliyin icbar edilməsini qəbul etməyəcəkdir.
Vilayəti İran-Ərəbistan əlaqələri və Tehranla Ərriyad arasındakı ixtilafların səbəbləri barədə isə belə deyib: İranda İslam İnqilabının qələbəsindən sonra Amerika və İngiltərənin Ərəbistan yarımadasında İrana qarşı təhrikedici hərəkətləri artdı və iki ölkə arasındakı əlaqələr təqribən gərginləşdi.
İran və Ərəbistan həssas və strateji Yaxın Şərq bölgəsində təsiredici qütblərdirlər-  deyən Vilayəti əlavə edib: İran ilə Ərəbistan arasında razılaşma regionda müsbət dalğa yaratdı və Fars Körfəzi və region ölkələri arasındakı əlaqələr daha çox sülh və sabitlik səmtinə hərəkət etdi.
Ərəbistanın sionistlər və onların hamiləri ilə bağlı mövqeləri və kursunun dəyişməsinə toxunan Vilayəti vurğulayıb: Bu məsələ Ərriyadla eyniistiqamətli ölkələrin atmosferlərinin də həmin ölkəyə uyğun olaraq, dəyişməsi və əslində İbrahim planı kimi sazişkarcasına planların zəifləməsinə səbəb olubdur.
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri “Türkiyə-Suriya əlaqələrində irəliləyiş doğrudurmu?” sualına cavabda isə deyib: Ümid edirik ki, belə olacaq və Suriya ilə Türkiyə arasında mövcud olan problemlər tez bir zamanda iki ölkənin, həmçinin region təhlükəsizlii və sülhünün güclənməsinin xeyrinə həll ediləcək.
Vilayəti Suriya ilə Türkiyə arasındakı əsas problemin Türkiyənin Suriyaya qarşı hərəkətlərindən qaynaqlandığını bildirib və belə deyib: Türkiyə bilməlidir ki, Suriya ərazisini işğal etməklə Türkiyənin Suriyaya qarşı qəbuledilməz istək və hədəflərini reallaşdıra bilməz və bir ölkənin digər bir ölkəyə qarşı ekspansianizmi reallaşmayacaq.
Vilayəti İran-Rusiya əlaqələrinə də toxunub: İki ölkə əlaqələri inkişaf etməkdədir və hazırda strateji əlaqələrə çevrilibdir. Yəqin olan məsələ budur ki, İran, Rusiya və Çin arasında tədricən bir növ strateji əlaqələr formalaşmaqdadır və bu mühüm məsələ üç ölkənin xarici siyasətində misilsizdir.
Üç ölkənin birgə hərbi təlimlərinin keçirilməsinə işarə edən Vilayəti vurğulayıb ki, bu hərbi təlimlər  yeni AUKUS müahidəsi qarşısında onların təhlükəsizliklərinin bir növ müdafiəsi istiqamətində keçirilir. İki tərəfin, yəni bir tərəfdən, Amerika, İngiltərə və Avstraliyanın, qarşı tərəfdə isə İran, Rusiya və Çinin qüvvələrinin yeni düzülüşü/ Asiya və Okeaniyada müdafiə müvazinətinin gələcəyinin təyinedicisidir.
Vilayəti özünün Əlcəzirə informasiya kanalı ilə müsahibəsinin yekun hissəsində İran-Misir əlaqələrinin bərpa edilməsini regional və siyasi cəhətdən son dərəcə önəmli adlandırıb və bildirib ki: İranın Ərəbistanla razılaşması və bu ölkə əlaqələrin bərpası regionda və beynəlxalq münasibətlərdə yeni nizamın formalaşmasına səbəb ola bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button