ArxivmədəniyyatQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Biləsuvar imam cüməsi: İran Azərbayacanla dostluğu ilə fəxr edir

Biləsuvar imam cüməsi deyib: “İran Azərbaycan Respublikası ilə dostluğuna iftixar edir və ümidvarıq ki, Biləsuvar gömrük-keçid yolu vasitəsilə Azərbaycanın müsəlman və dindarlarını qarşılayacağıq.”

Qafqaz Həqiqətləri xəbər verir ki, höccətül-islam Cabir Əzizi bu həftənin cümə namazı xütbələrində Azərbaycan Respublikası prezidentinə müraciət edərək deyib: “İran İslam Respublikası Azərbaycanla dost olması ilə iftixar edir, ümidvarıq ki, tezliklə Biləsuvar gömrük yolu vasitəsilə Azərbaycan müsəlmanları və dindarlarını qarşılayacağıq, beləliklə, hər iki ölkənin inkişafı üçün addımlar atmış olaq.”
İmam cümə İslam İnqilabının əzəmətli qələbəsi ildönümünün çatması və Fəcr ongünlüyünün başlaması münasibətilə bütün İran əhalisini təbrik edib, İmam Xomeyninin (r) vətənə qayıdışını şiə mərcəiyyətin İslamın ağuşuna qayıtması adlandırıb.
Höccətül-islam Əzizi həzrət İmam Xomeyninin “bizim inqilabımız nur partlayışı idi” sözünə işarə edərək deyib: “İran İslam Respublikası İmamın rəhbərliyi ilə təkbaşına imperializm və onun başçılarının qarşısında dayandı, beləliklə, bütün dünya azadlıqsevərlərinin simvoluna çevrildi və bugün düşmən genişlənmədən və müqavimət ruhiyyəsinin dünya ölkələrində, xüsusilə də Yaxın Şərqə ixracından qorxur.”
Xətib Biləsuvarın İslam Təbliğatı Şurasının üzvlərindən istəyib ki, Fəcr ongünlüyündə İslam İnqilabının nailiyyətlərini xüsusi şəkildə, o cümlədən azad düşüncə seminarları, müxtəlif növ idman yarışları, müxtəlif növ geyimlər və s. kimi yaxşı proqramlarla gənc nəslə tanıtmaq üçün addımlar atsınlar.
İranın müdafiə gücünə də toxunan imam cümə, həzrət Ayətullah Xameneinin rəhbərliyini İslami İranın inqilab düşmənləri qarşısında ən üstün güc və müqavimət amili adlandıraraq deyib: “Trampın Ağ Evi zəlilliklə tərk etməsinin və hal-hazırda Baydenin qorxu və iztirabla danışmasının səbəbi İranın qüdrətidir.”
Höccətül-islam Əzizi xütbəsinin digər hissəsində deyib: “Bugün daxili cəbhədə üç təfəkkür və cəbhə ilə üz-üzəyik. Onlardan birincisi cəmiyyətə səhv məlumat yeritməklə, xalqa naümidliyi ərməğan gətirirlər; ikincisi imperializmlə saziş istəyənlər və ruhaniyyəti yalnız dini sahəyə sıxışdırmaq istəyənlərdir; üçüncüsü isə bir sıra məsul vəzifələrə nüfuz etmişlər və hökumətə zərbə vurmaq istəyənlərdir.”
Biləsuvar imam cüməsi xütbəsinin sonunda həzrət Fatimənin (ə) mövludu və Qadınlar Günü münasibətilə təbrik edərək qadının çox uca məqamından danışıb və analara tövsiyə edib ki, həyatda, xüsusilə də övlad tərbiyəsində öz zəhrasayağı rollarını düzgün ifa etsinlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button