ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Beynəlxalq Ədalət Məhkəməsi Bakını ermənilərin Qarabağa qayıtması üçün şərait yaratmağa çağırıb

Qərar Azərbaycan hakimiyyətininin narazılığı ilə qarşılanıb

Məhkəmə qərarının lehinə 13, əleyhinə isə 2 səs verilib.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarında deyilir:

“2023-cü il sentyabrın 19-dan sonra Dağlıq Qarabağı tərk edən və ora qayıtmaq istəyən şəxslərin təhlükəsizliyi təmin olunsun;

Sentyabrın 19-dan sonra Dağlıq Qarabağda qalan və ya ora qayıdanların təzyiq və hədələrə məruz qalmaması təmin edilsin”.

Məhkəmə həmçinin qərar verib ki, Azərbaycan Qarabağ sakinlərinin şəxsiyyətinin və xüsusi mülkiyyət hüququnu təsdiq edən sənədləri saxlamalıdır.

Məhkəmə qərarında o da deyilir ki, Azərbaycan 8 həftə ərzində atdığı addımlar barədə məhkəməyə məlumat verməlidir.

Azərbaycan XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı məlumat yayaraq bildirib ki, “Məhkəmə tərəfindən qeyd olunan tədbirlər Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edir. Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir. Azərbaycan heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmayıb və regionu tərk etməmək barədə Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə köçmək onların qərarı olub. Azərbaycan öz Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, Qarabağın erməni sakinlərinin insan hüquqlarını Azərbaycanın digər vətəndaşları ilə bərabər əsasda müdafiə etməyə sadiqdir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button