ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bayramov səfirliyin açılmasının anonsunu verdi

Ceyhun Bayramov jurnalistlərə açıqlamasında əsas məsələnin baş verən hadisə ilə əlaqəli istintaqın başa çatması və yekun qərarın qəbul edilməsinin olduğunu bildirib.
Onun sözlərinə görə, ikinci məqam Azərbaycanla İran arasında danışıqlar zamanı səfirliyin fəaliyyətinin bərpa ediləcəyi təqdirdə onun təhlükəsizliyinə təminat verilməsidir.
İran tərəfi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı hücum ilə bağlı istintaqın başa çatdığını və tezliklə məhkəmənin keçiriləcəyini bildirib.
Həmçinin İranda xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmini prioritet təşkil edir və  Azərbaycan Respublikasının Teherandakı səfirliyinin fəaliyyətə başlayacağı  təqdirdə bu diplomatik korpusun təhlükəsizliyi də bu prinsipdən istisna deyil.
Beləliklə yaxın zamanlar Azərbaycan Respublikasının İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün şəraitin yaranacağı gözlənilir.  

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button