ArxivXəbərlər

Bakıda Xanım Zəhranın (s.ə) mövluduna həsr olunmuş konfrans keçirilir – Fotolent

İçərişəhər “Cümə” məscidi dini icması, Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin (DEVAMM) təşkilatçılığı, Deyerler.org-un informasiya dəstəyi ilə Beynəlxalq Mətbuat Mərkəzində Xanım Zəhranın (s.ə) mövluduna həsr olunmuş konfrans keçirilir.

Konfrans mübarək Qurani Kərimin tilavəti ilə başlayıb. Daha sonra Azərbaycan Dövlət Himninin oxunması ilə tədbir açıq elan edilib. Tədbirin açılışında təbrik üçün ilk söz İçərişəhər “Cümə” məscidi dini icmasının imam camaatı Hacı İlqar İbrahimoğluya verilib.

Hacı İlqar İbrahimoğlu çıxışı zamanı bütün xanımları bu böyük mövlud günü münasibətilə təbrik edib və bu gözəl bayramı yaşatdığına görə hər bir kəsə təşəkkürlərini bildirib. O qeyd edib ki, bu bayramlar iki istiqamətdə – həm elmi-maarifçi istiqamətdə, həm də böyük konsert bayramı formatında keçirilməlidir. Hacı İlqar İbrahimoğlu bildirib ki, bu gün keçirilən elmi konfrans məhz maarifçilik istiqamətində görülən tədbirlərdəndir./interaztv/

1397820980_kon5 1397820994_kon6 1397822404_kon9 1397822468_kon12  1397822485_kon131397822486_kon8

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button