ArxivXəbər lentiXəbərlər

Bakıda şagirdlərin valideynləri aksiya keçiriblər

Onlar təhsil müəssisəsindən Təhsil Nazirliyinədək yürüş edəcəklərini deyiblər.
qafqaz.ir faktxeber -a istinada verdiyine gore .Bakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı məktəb) təhsil alan şagirdlərin valideynləri məktəb direktorunun işdən çıxarılmasına etiraz əlaməti olaraq, aksiya keçirirlər.
Valideynlər bildiriblər ki, bu gün səhər onlar məktəbin qarşısında toplaşıblar. Onlar təhsil müəssisəsindən Təhsil Nazirliyinədək yürüş edəcəklərini deyiblər.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən isə APA-ya bildirilib ki, məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması barədə xəbərlər yanlışdır. İdarədən qeyd olunub ki, direktor hazırda fəaliyyətdədir: “Bu şayiələr məqsədli şəkildə yayılır. Qafar Hüseynov səhhəti ilə bağlı bülletendədir. Onu hazırda direktorun təlim-tərbiyə işləri üzrə müavini əvəz edir. Məktəbin idarəçiliyində heç bir problem yoxdur, valideynlərin təşvişi əsassızdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button