ArxivXəbər lentiXəbərlər

Bakıda Şəhriyar Mədəniyyət Evində İmam Zamanın (əc) səadətli viladəti şənliyi keçirilib

Sonuncu ilahi höccət İmam Zamanın səadətli viladəti ilə əlaqədar şənlik Bakıda İran səfirliyinin Mədəniyyət Mərkəzinin Ustad Şəhriyar Mədəniyyət Evində xüsusi əzəmətli şəkildə keçirilib. Tədbirdə Əhli-Beyt (ə) aşiqləri iştirak ediblər.

Noğul və şirninin paylanması və azəri möminlərin iştirakı ilə möhtəşəm şənlikdə Azərbaycan Respublikasından Əhli-Beyt (ə) məddahları İmam Zamanın (əc) vəsfində məddahlıq edib və iştirakçılar Həzrət Mehdinin (əc) zühurunun tezləşdirilməsi üçün dua ediblər.

İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin tədbirdə çıxış edərək Həzrət Mehdinin (əc) nurlu şəxsiyyətinin vəfsində danışıb və deyib: Allah-Taala Həzrət Mehdini (əc) yaratmaqla dünyaya öz rəhmətini göstərib və Həzrətin zühurunu gözləmək müsəlmanların fəxri və böyük ibadətlərdəndir. Müsəlmanlar islam cəmiyyətini o həzrətin zühuru üçün şərait yaratmağa borcludurlar.

Möhsün Pakayin islam dininə qarşı düşmənlərin təxribatçılığan toxunub və deyib: Müsəlmanlar islamı dəqiq tanımaqla və Quran-Kərimin nurlu təlimlərinə əməl etməklə islam düşmənlərinin bu hücumuna qarşı çıxmalıdırlar. Belə bir şəraitdə İmam Zaman (əc) bizdən razı olacaqdır.

Bildirilir ki, Həzrət Mehdinin (əc) 15 şaban səadətli viladətinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının digər bölgələrində də belə əzəmətli tədbirlər keçirilir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button