AktualAktualArxivXəbər lentiXəbərlər

Bakıda Putinə sui-qəsd hadisəsi

Rusiyanın telekanallarının birindəBakıda Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdlərinə yer ayrılıb.
Rusiyanın “5-ci kanal”ında yayımlanan “Həqiqət anı” verilişində Rusiya prezidentinə qarşı uğursuz sui-qəsdən söz açılıb, ancaq onun təfərrüatları barədə məlumat verilməyib.
Qafqaz Mədəniyyət Mərkəzi –Redaksiyamızın Rusiyanın “Sputnik” xəbər agentliyinə əsasən verdiyi məlumata görə “Həqiqət anı” verilişinin aparıcısı Anatoli Karaulovazad qaynaqların yazdıqlarına istinad edərək, 1999-cu ildən indiyə qədər Kremlin sahibinə 6 dəfə sui-qəsdin təşkil olunduğunu deyib. Sui-qəsdyerlərindən biri kimi Bakı göstərilib.Verilişin Putinə qarşı Bakı sui-qəsdi barədəki hissəsində Azərbaycanın o zamankı prezidenti Heydər Əliyevinvə sabiq Milli Təhlükəsizlik Naziri Namiq Abbasovun Rusiya mətbuatına verdiyi müsahibə də yer alıb. Müsahibədə prezident H. Əliyev Putinə sui-qəsdə qarşı lazımi tədbirlərin görüldüyünü bildirərək deyir:
“Biz istəmirdik özümüzü reklam edək, ona görə də danışmırdıq. Onsuz da Federal TəhlükəsizlikXidməti (FSB) bilirdi. Putinin Bakıya uçuşundan əvvəl onlar bilirdilər ki, biz tədbirlər görürük. Bizim nazir dedi ki, terrorun həyata keçirilməsinin qarşısını almaq üçün hansı işlər görülüb”.
Sonra Namiq Abbasovun 2003-ci ildə verdiyi müsahibə də yayımlanıb. N.Abbasov çıxışı zamanı Putinə qarşı sui-qəsd planlaşdıran terrorçu haqqında məlumat verib: “Bu, Milli Təhlükəsizlik Nazirliyinin builki fəaliyyətində ən gərgin iş idi. Bu şəxs İraq vətəndaşı Kənan Əhməd Rostamdır. O, həm Əbdürrəhman Buxari, həm Əbusəid Kürdi, həm də Kənan Əhmədoviç Maqomedov idi. Bu ləqəblərlə o, terrorçular dünyasında məşhur idi. Bu şəxs Əfqanıstan və Çeçenistanda təlim keçmişdi. O, çeçenlərlə bir yerdə vuruşmuşdu. Dəqiq demək mümkün deyil ki, o, nə zaman Putinə qarşı sui-qəsd planını hazırlayıb. Bu şəxsdə çoxlu sayda partlayıcı maddələr vardı. Bu, çətin sistem idi. İndiyə qədər bizim mütəxəssislər əldə hazırlanan partlayıcı qurğular arasında beləsini görməmişdilər. Sözügedən şəxs bombanı yerləşdirərək, onu telefon vasitəsilə partlatmağı planlaşdırırdı. O, Putini məhz Bakı səfəri zamanı qətlə yetirmək istəyirdi”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button