Aktual

“Biz heç bir partiyanın nə üzvü, nə də cüzü deyilik”

Mübariz ruhani Abgül Süleymanov zindandan məktub göndərib.Ruhani məktubda ilk öncə Qurandakı vəhdət ayəsindən başlayıb və seçkilər ərəfəsində və ümumiyyətlə İslami cameədə vəhdətin önəminə işarə edib:
“Ey iman gətirənlər! Allahın ipindən cəm olaraq yapışın. İxtilafdan, təfriqədən pəhriz edin.”

İslamçıların ictimai və siyasi məsələlərdə iştirakının vacibliyini önə çəkən Hacı Abgül Süleymanov deyib:
“Biz islamçılar, özümüzü müstəqil siyasi təşkilat hesab edirik, bizim müstəqil siyasətimiz və xəttimiz var. Biz seçkilərdə azad müxalifət olaraq demokratik qüvvələrə dəstək verməyə hazırıq. Lakin qarşıdan gələn prezident seçkilərində vahid namizədin müəyyən edilməsi prosesi artıq gecikir. Bu gecikmə çox şeyi dəyişə bilər”.

İslamçıların müxalifətin demokratik partiyalarına qoşulması məsələsi haqda isə ruhani bunları bildirib: “Biz islamçılar heç bir partiyanın nə üzvü, nə də cüzü deyilik. Sadəcə öz tələblərimizi və müxalifətin tələblərini tam əsaslı bildiyimizə görə bu tələbləri birgə irəli sürməyi siyasətimizə uyğun hesab edirik”.

Seçkilərə qədər isə, İslamçıların atacağı addımlara işarə edən ruhani bunları deyib: “Seçkilərə qədər islamçılar sivil qaydada razılaşdırılmış aksiyalar, konfranslar (hicaba azadlıq, qanunsuz həbslərə son, həbs olunanların azad olunması və baş verən digər qanunsuzluqlarla bağlı), beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər təşkil etməklə bu tələbləri bir daha irəli sürəcək. El arasında misal var: “Tək əldən səs çıxmaz”. Birləşək, yumruq kimi bir olaq.”

islamazeri.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button