ArxivXəbər lentiXəbərlər

Bakıda “Metropark”ın yaxınlığında partlayış olub

Bakının Nərimanov rayonunda yanğınla nəticələnən partlayış baş verib.

İslaminSesi xəbər verir ki, APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə “Metropark” ticarət və əyləncə mərkəzinin yaxınlığında, dörd mərtəbəli yaşayış binasının qarşısındakı avtomobil qarajında baş verib. Məlumata görə, partlayışdan sonra güclü yanğın baş verib. . Yanğın zamanı alov ətrafa yayılaraq, qarajın yaxınlığında dayanmış “Volkswagen” markalı avtomobilə keçib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb.

Hadisə yerinə dərhal bir neçə yanğınsöndürmə briqadası cəlb olunub və yanğının qarşısı alınıb.

Partlayış zamanı xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbi müəyyənləşdirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button