ArxivXəbər lentiXəbərlər

Bakıda islami ölkələrin Elm, Tədris və Mədəniyyət Təşkilatının iclası keçirilir

İslami ölkələrin Elm, Tədris və Mədəniyyət Təşkilatı(ISESCO)-nun İcra Şurasının 36-cı iclası bazar ertəsi günü Bakıda işə başlayıb.

Bu iclas AYSESKO(ISESCO)-nun Milli Komissiyasına üzv nazrilərin iştirakı ilə altı gün ərzində keçiriləcək və onda əllidən çox islami ölkə iştirak edir.

İranın təlim-tərbiyə nazirinin əvəzi və Təlim-Tərbiyə Nazirliyinin Beynəlxalq Məsələlər və Ölkə Xaricindəki Məktəblər Mərkəzinin sədri Xəlilullah Babalunun başçılıq etdiyi heyət bu iclasın ilk günündə iştirak etmişdi.

Qərar üzrə İranın təlim-tərbiyə naziri Əli Əsğər Fani də çərşənbə günündən bu iclasda iştirak etməlidir.

İslami ölkələrin Elm, Tədris və Mədəniyyət Təşkilatı(ISESCO), islami ölkələrin başçılarının üçüncü sammitində İslam ümmətinin amallarına cavab vermək, mədəniyyət, tədris, elm və rabitə sahələrində islami cəmiyyətlər arasında həmkarlıq və həmrəyliyin möhkəmləndirilməsi məqsədilə təşkil olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button