ArxivXəbər lentiXəbərlər

Bakıda islam inqilabının qələbəsinin ildönümü qeyd olunub

Bu gün Bakıda Vəliyyi-Əsr təhsil kompleksində islam inqilabının qələbəsinin 38-ci ildönümü qeyd olunub.

Vəliyi fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi, İranın Azərbaycandakı səfiri və Bakıda fəaliyyət göstərən iranlı qrumların işçilərinin iştirakı ilə keçirilən bu mərasimdə çeşidli prorqamlar icra edilib.

Vəliyi fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətül-islam Ocaqnejad mərasimdə etdiyi çıxışında 1357-ci ildə islam inqilabının qələbəsində təsirli olan amilləri şərh edərkən deyib: İmam Xomeyninin(r.ə) rəhbərliyi, xalqın sədaqət, şücaət və fədakarlığı, eləcə də misilsiz birliyi və islam dini islam inqilabının qələbəsinin üç əsas amilidir.

Ocaqnejad İmam Xomeyninin(r.ə) misilsiz şəxsiyyətini şərh edərək deyib: İmam Xomeyni(r.ə) Allaha təvəkkül etmək və güclü imanla elə bir hərəkata başladı ki, bir an belə onun haq olduğuna şübhə etmədi.

Höcətül-İslam vəl-müslimin Ojaqnejad deyib: İmam Xomeyninin(r.ə) təkid etdiyi kimi xalqın qələbəsinin yeganə yolu vəhdətdir və bu gün də rəhbərə itaət, xalqın vəhdəti ilə yanaşı inqilabın mühafizəsi və hidayətini təmin edə bilər.

Mərasimin davamında Vəliyi-Əsr təhsil kompleksinin şagirdlərinin tədqiqat fəaliyyətlərindən ibarət olan Cabir İbn Həyyan festivalı islam inqilabının böyük rəhbərinin nümyəndəsi tərəfindən açılb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button