ArxivXəbər lentiXəbərlər

Bakıda iranlı ticarət iş adamlarının problemləri müzakirə edilib

Az. R-nın paytaxtı Bakı şəhərində keçirilən tədbirdə İranın ticarət iş adamları və iqtisadiyyatçıların problemləri mübahisə edilib.

İİR Səfirliyinin ticarət məsləhətləşmə mərkəzinin təşkilatçılığı və bu ölkə səfirinin iştirakı ilə keçirilən bu tədbirdə İranın Bakıdakı ticarət iş adamları və iqtisadiyyatçı alimlərin problemləri diqqət mərkəzində qərar tutub.

İran səfiri Möhsün Pakayin bu tədbirin əvvəlində İranla Altılıq ölkələrinin nüvə razılaşmasına işarə edərək deyib: Hazırda iki ölkənin iqtisadi münasibətlərinin genişləndirilməsi üçün əlverişli zəmin yaranıbdır , ona görə də İranın ticarət iş adamları və fəal iqtisadiyyatçı alimləri qarşılıqlı münasibətlərin daha möhkəmləndirilməsi üçün bu fürsətdən bəhrələnməyə çalışmalıdırlar.

İran səfiri İran-Az. R-nin normal siyasi münasibətlərinə işarə edərək deyib: Qonşu ölkələrlə əlaqələri möhkəmləndirmək İİR-nın prioritetini təşkil edir və Az. R. İranın strateji dostlarından biridir və iki ölkənin ticarət iş adamları iqtisadi münasibətlərin genişləndirilməsi yolunda səy göstərməlidirlər.

Az. R-da fəaliyyət göstərən fəal İran ticarət iş adamlarını dəstəkləyən Pakayin o ölkədə məqsədyönüllü əlavə və təsirli addımların atılmasının vacibliyini vurğulayaraq deyib: İqtisadiyyatçı alimlər və ticarət iş adamlarının iştirakı ilə bir qurumun yaradılması vacibdir və qarşılıqlı iqtisadi münasibətlərin möhkəmləndirilməsi üçün hədəf cəmiyyətin iqtisadi tələblərini yoxlamaq üçün ardıcıl və mütəmadi tədbirlər təşkil edilməli və zəruri və səmərəli addımların atılmasına kömək etməlidir.

İranın Az. R-dakı səfiri habelə İranın ticarət iş adamlarından istəyib ki, fikir mübadiləsi aparmaqla Az. R. ilə gələcək iqtisadi əməkdaşlıqların yox xəritəsini cızıqlasınlar. Qeyd edək ki Bakıda keçirilən tədbirdə İranın fəal iqtisadiyyatçı alimləri və iş adamları əsas problemləri irəli sürdülər və cənab səfir Möhsün Pakayin və əlaqədar rəsmiləri bu problemlərin aradan qalxmasına kömək edəcəklərini vəd ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button