ArxivXəbər lentiXəbərlər

Bakıda İranın Qarabağ müharibəsindəki rolundan bəhs edən “Arazın Dayaz Günü” filminin təqdimatı keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə iranlı rejissor Möhsün Hadinin Qarabağ müharibəsinə həsr olunmuş “Arazın Dayaz Günü” filminin təqdimat mərasimi keçirilib

 

Tədbirdə siyasi xadimlər, QHT rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Təqdimatı keçirilən 70 dəqiqəlik bu film İranda ilk təşəbbüsdür və film İranda nümayiş etdirilərək böyük rəğbət qazanıb. Filmin İran televiziyalarında da nümayişi nəzərdə tutulub.

Tədbirdə QAT-ın sədri Akif Nağı və filmin rejissoru Mohsün Hadi çıxış edərək film haqqında məlumat veriblər. Qarabağ həqiqətlərinin təbliği üçün bu cür təşəbbüslərin əhəmiyyətindən danışıblar. Film Azərbaycan dilində səsləndirilib, eyni zamanda fars dilində titrlərlə təmin olunub. Filmdə Qarabağ müharibəsinin həqiqi səbəbləri, gedişi, erməni işğalının nəticələri, Xocalı və digər faciələr konkret faktlarla əks olunub. Tədbirdə film tam həcmdə nümayiş etdirilib. Nümayişdən sonra tədbirdə iştirak edən Qarabağ döyüşçüləri, qanlı hadisələrin şahidləri,ictimayyət nümayəndələri fikirlərini bildirərək, müəllifə təşəkkürlərini bildiriblər.

 

bakida-iranin-qarabag-muharibesindeki-rolundan-behs-eden-arazin-dayaz-gunu-filminin-teqdimati-kecirilib-4I7R6Y7I bakida-iranin-qarabag-muharibesindeki-rolundan-behs-eden-arazin-dayaz-gunu-filminin-teqdimati-kecirilib-9L6X8G9I bakida-iranin-qarabag-muharibesindeki-rolundan-behs-eden-arazin-dayaz-gunu-filminin-teqdimati-kecirilib-9T9Z5D2L

bakida-iranin-qarabag-muharibesindeki-rolundan-behs-eden-arazin-dayaz-gunu-filminin-teqdimati-kecirilib-3A4G0K7S

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button