ArxivXəbər lentiXəbərlər

Bakıda İran və Azərbaycanın ticarət ofisi açılıb

İRİB-nin Bakıdan verdiyi məlumata görə, İran İslam Respublikası və Azərbaycan Respublikası iş adamlarının təşəbbüsü ilə Bakıda İran-Azərbaycan müştərək ticarət şürasının sədri, İranın Azərbaycandakı səfiri eləcə də Ərdəbilin valisi və onu müşayiət edən heyətin iştirakı ilə İran-Azərbaycan ticarət ofisinin açılış mərasimi keçirilib.

İran -Azərbaycan müştərək ticarət şurasının sədri Behruz Süleymanpur mərasimdə etdiyi çıxışında ofisin açılmasında məqsədin iki ölkə iş adamlarının qarşılıqlı tanışlığı, sendikatlar, ixracat şirkətləri və qurumlarının nümayəndələrinin fəaliyyətinə şərait yaratmaq, ixracatın inkişafı qarşısında duran maneələri aradan qaldırmaq və nəhayətdə iki ölkə arasında ticarət mübadilələrinin həcmini artırmaqdan ibarət olduğunu bildirib.

B.Süleymanpur deyib: İran-Azərbaycan müştərək ticarət şurasının yaradılması beynəlxalq protokol əsasında İranda həyata keçirilib və ümid edirik ki, bu şura Azərbaycan respublikasında da yaxın zamanlarda yaradılacaq. Beləliklə bu iki şuranın vasitəsi ilə, iki ölkə iş adamlarının problemlərinin həlli və iqtisadi əməkdaşlıqların inkişafı uğrunda təsirli addımlar atılacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button