ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bakıda İmam Xameneinin ofisi və Əhli-beyt (ə) Hüseyniyyəsi bağlandı

Qafqaz.ir-nun etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, oktyabrın 5-i səhər saatlarından Bakıda Gənclik metrosu yaxınlığındakı Hüseyniyyə məscidi bağlanıb.

Məlumata görə, bu gün səhər saatlarında polis əməkdaşları məscidə yaxınlaşaraq hüseyniyyənin mühafizə xidmətindən ibadət məkanının açarlarını alaraq özünü da oradan çıxarıblar.

Qeyd edək ki, həmin məsciddə Ali Məqamlı Rəhbər Seyyid Əli Xameneinin Azərbaycan üzrə nümayəndəsi Seyyid Əliəkbər Ocaqnejad imam-camaat olaraq fəaliyyət göstərirdi.

Yayılan məlumatlara əsasən, Seyyid Əliəkbər Ocaqnejadın fəaliyyət göstərdiyi İmam Xameneinin Azərbaycandakı ofisi də qapadılıb.

Məlumat üçün bildirək ki, son günlər İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda hər iki ölkənin rəhbərləri xəbərdaredici çıxışlar ediblər. İmam Xamenei sionist İsrail rejiminin regiona daxil edildiyini bildirərək, bunun gələcəkdə böyük fəlakətə səbəb ola biləcəyi barədə xəbərdar edib.

Azərbaycan Prezidenti İlham Əliyev isə Cəbrayıla səfəri zamanı etdiyi çıxışında ittihamları qəbul etməyib və fakt istəyib. İ.Əliyev hətta bu ittihamın cavabsız qalmayacağını da bildirmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button