ArxivXəbər lentiXəbərlər

Bakıda Hafiz günü

Bakıda Hafiz günü münasibəti ilə “İran və Azərbaycan arasındakı mədəni-ədəbi bağlılıqda fars dilinin rolu” adlı seminar keçirilib.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, bu elmi-ədəbi seminar şərqşünaslar, tədqiqatçılar, iranşünaslar və Azərbaycan universitetlərinin fars dili və ədəbiyyatı müəllimlərinin iştirakı ilə keçirilib. Mərasimdə çıxış edənlər fars dilinin xalqlar arasındakı dostluq münasibətlərindəki təsirlərindən danışıblar. Mərasimdə Hafiz Şirazinin şəxsiyyəti və şerləri barədə də fikirlər səsləndirilib.

Bakı Dövlət Universitetinin Fars dili və Ədəbiyyatı Kafedrasının direktoru professor Mehdi Kazımov öz çıxışında Hafizin qəzəllərindən söz açıb: Bu görkəmli İran şairinin əsərlərinin 100-dən çox dilə tərcümə edilməsi, onun dünya ədəbiyyatında necə böyük bir təsirə malik olmasından xəbər verir.

Prof.Mehdi Kazımov İran şairlərinin əsərləri üzərindən nəzirələrin yazılmasına da işarə edib və bunu fars dilinin təsirlərindən adlandırıb . Daha sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq İnstitutunda fars dili və ədəbiyyatı sahəsində həyata keçirilmiş dəyərli araşdırmalara görə, bu institutun müəllim və mütəxəssislərini alqışlayıb və deyib: Bu fəaliyyətlər iki tərəf arasında mədəni əlaqələrin möhkəmlənməsində təsirli rola malik olub.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əsğər Farsi də bu mərasimdə Hafizi İran və Dünya üçün sülh və dostluq səfiri adlandırıb və deyib: İslam dini ilə düşmən olanlar öz mənfur təbliğatları ilə İslam dünyasını hədəfə alır və İranofobiya siyasəti yürüdürlər. Halbuki, İslam dininin sülh və məhəbbət dini olmasından xəbərsizdirlər. Bu sülh və dostluq müraciətlərini İran şairlərinin əsərlərində xüsusilə Hafizin yaradıcılığında aydın formada müşahidə etmək olar.

Mərasimin davamında Azərbaycanlı ədəbiyyatçılar və tədqiqatçılar fars dilinin digər xalqların ədəbiyyatındakı təsirlərindən söz açıb, İran və Azərbaycan arasındakı mədəni və ədəbi bağlara toxunublar. Mərasimdə çıxış edənlər iki ölkə arasındakı tarixi, dini və mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə təkid ediblər. Mərasimin kənarında İranın tanınmış şairləri və yazıçılarının əsərlərindən ibarət bir sərgi də təşkil edilib. Sonda Əhməd Yusifzadənin qələmə aldığı və Mayil Ağamirzəyiv tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş  “O 23 nəfər” adlı kitabın təqdimatı olub.

Bu kitab Əhməd Yusifzadənin İraqda əsir olduğu dövrə aid xatirələrindən bəhs edir. İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bir məktubda bu kitabın müəllifi və hazırlayanına dərin təşəkkürünü bildiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button