ArxivXəbər lentiXəbərlər

Bakıda Dəniz Kuboku-2017 yarışları başlanıb

Xəzəryanı ölkələrin dəniz qoşunlarının beynəlxalq yarışlarına dünən axşam Azərbaycan Respublikasının ev sahibliyi ilə Bakıda start verilib.

IRIB-nin məlumatına görə, yarışların açılış mərasimində bu yarışlarda iştirak edən və İran İslam Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan və Rusiyanı təmsil edən dəniz qüvvələri öz milli bayraqları ilə, eləcə də bu dörd ölkədən təşkil olunmuş münsiflər heyəti parad keçiblər.

Həmçinin Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov Dəniz Kuboku-2017 yarışlarının açılış mərasimində Azərbaycan Respublikası prezidenti İlham Əliyevin təbrik müraciətini iştirakçılar üçün qiraət edib.

Azərbaycan Respublikası prezidenti bu müraciətdə belə qeyd edib: Bu yarışların keçirilməsi Xəzəryanı ölkələrin dəniz qoşunlarının əməkdaşlıqlarının genişlənməsinə və onların peşəkar məharətlərinin yüksəlməsinə səbəb olacaq, eləcə də Xəzər dənizinin təhlükəsizliyinin təmininə zəmin yaradacaqdır.

Bu beynəlxalq yarışlar İran İslam Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan və Rusiyadan olan 300 nəfərdən çox dəniz qüvvəsinin iştirakı ilə on gün müddətinə keçiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button