ArxivXəbər lentiXəbərlər

Bakıda Ayətullahuluzma Musəvi Ərdəbilinin anım mərasimi keçirilib

Bakıda Ayətullahuluzma Seyid Əbdulkərim Musəvi Ərdəbilinin, eləcə də Kərbəla məktəbinin qocaman növhəxanı və Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə) zakiri- ustad Səlim Müəzzinzadə Ərdəbilinin anım mərasimi keçirilib.

Bakıda Ayətullahuluzma Seyid Əbdulkərim Musəvi Ərdəbilinin, eləcə də Kərbəla məktəbinin qocaman növhəxanı və Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə) zakiri- ustad Səlim Müəzzinzadə Ərdəbilinin anım mərasimi keçirilib.

IRIB-nin Bakı ofisinin məlumatına görə, dünən gecə bir qrup din xadimi, mədhiyyəçi və Əhli-Beyt(ə) şairinin, eləcə də Azərbaycan Respublikasında qızıl hüseyni məktəbinin aşiqi olan xalqın, İranın məsul şəxsləri və Bakıda yaşayan iranlıların iştirakı ilə iranlıların Bakıdakı Əhli-Beyt(ə) hüseyniyyəsində keçirilən bu mərasimdə Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətulislam vəlmuslimin Ocaqnejad mərhum Ayətullahuluzma Musəvi Ərdəbilini İslam dünyasında elmi və mənəvi baxımdan tanınmış bir şəxsiyyət adlandırıb və onun İslam İnqilabının formalaşması dövründəki xidmətlərinə və cəmiyyətdə mənəviyyatın yayılması sahəsindəki yorulmaz səylərinə toxunaraq, deyib ki, o, öz dövründə şücaətli və mübariz bir şəxs olub və İslam İnqilabının hədəflərinin həyata keçirilməsində əlindən gələni əsirgəməyibdir.

O, mərasim iştirakçılarına böyük din xadimlərinin həyatını öyrənməyi tövsiyə edib və böyük dini şəxsiyyətlərin tanınmasının insanların ruhunda və ictimai rəftarlarında mənəviyyatın güclənməsinə səbəb olduğunu bildirib.

Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi həmçinin Əhli-Beyt(ə) mədhiyyəçisi- ustad Səlim Müəzzinzadə Ərdəbilinin şəxsiyyətinin özəlliklərinə toxunaraq, deyib: Mərhum Müəzzinzadə dünyəvi bulanmalardan uzaq pak bir ürəyə malik olmaqla yanaşı, Əhli-Beyt(ə) mədhiyyəçiliyində xas bir səsə və hünərə malik idi və ilahi nemət olan bu gözəl səsi daim Seyiddüşşühəda(ə) və Əhli-Beyt(ə)-a vəqf etdi.

Azərbaycan Respublikası Dini Əqidə Azadlığı Mərkəzinin direktoru, dinşünas Vüqar İbrahimoğlu da bu mərasimdə İslam dünyasında bu iki mənəvi şəxsiyyətin itirilməsi ilə bağlı başsağlığı verərək, Ayətullahuluzma Musəvi Ərdəbilinin Azərbaycan Respublikasının istiqlaliyyətinin əvvəllərində oynadığı rol barədə xatirələri yad və belə əlavə edib: Bu böyük şəxsiyyət və görkəmli din alimi İslam dininin təbliğində daim səy göstərib və Vilayəti Fəqihə sədaqət, onun xüsusiyyətlərindən idi.

Bu mərasim Azərbaycan Respublikası şairlərinin Əhli-Beyt(ə)-in vəsfində şer oxumaları və mədhiyyəçilərin mədhiyyələr oxumaları ilə başa çatıb və mərhum ustad Müəzzinzadənin “Zeynəb, Zeynəb!” növhəsi görkəmli ərdəbilli mədhiyyəçi Hacı Davud Əlizadənin icrası ilə məclisə xas bir mənəvi mühit bağışlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button