ArxivXəbər lentiXəbərlər

Bakı Minsk qrupunun fəaliyyətindən təəssüfləndiyini bildirdi

Azərbaycan prezidenti ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli üzrə vasitəçi missiyasını tənqid edib.

APA bildirir ki, İlham Əliyev jurnalistlərə verdiyi müsahibədə Minsk qrupunun Qarabağ münaqişəsinin həlli üzrə missiyasından təəssüfləndiyini bildirib.

İ.Əliyev Ermənistanın BMT Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərin azad edilməsi ilə bağlı qətnamələrinə laqeyd olduğunu bildirib və deyib: Ermənistan bu qətnamələrin icrasından boyun qaçırdır. Və təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət bu günə qədər beynəlxalq hüquq normaları çərçivəsində bu ölkəyə qarşı heç bir addım atmayıb.

Azərbaycan prezidenti həmçinin deyib: Ermənistanın destruktiv hərəkətlərinə görə Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı səyləri də indiyə kimi nəticəsiz qalıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button