ArxivXəbərlər

ikinci Heydər Əliyevin açıq təbliğatına başladılar

66349

ADA Universitetində təhsil alan Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev adıçəkilən təhsil müəssisəsində keçirilən tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb.

ANS PRESS-in məlumatına görə, ali təhsili barədə danışan H.Əliyev jurnalistlərə açıq müsahibə verib. O, hər səhər saat 7:30-da yuxudan durmağın bir qədər çətin olduğunu bildirib:
«Təzə-təzə universitetə daxil olanda çox maraqlı olmuşdu. Çünki məktəblə fərqi çox böyükdür, həm dərslər barəsində, həm də dostlarla yaxın olursan. Xeyli vaxtdır burada oxuyuram. Dərslər maraqlıdır. Məktəbdən daha çox maraqlıdır, oxumaq istəyirəm. Mən imtahan verib, bura daxil olanda ingilis dilini bilirdim. Dedim ki, burada oxuyub biliyimi daha da möhkəmləndirmək istəyirəm. Bu, məndə deyəsən alındı və indi ingilis dilini daha yüksək səviyyədə bilirəm. Düşünürəm ki, bundan sonra daha da maraqlı keçəcək, ayrı fənlər də əlavə ediləcək».
Heydər Əliyev təhsil aldığı ali məktəbin xarici universitetlərlə heç bir fərqinin olmadığını bildirib.
«Orta məktəbdə bir qədər fərqli idi. Amma burada elə bil xaricdə oxuyuram. Praktik olaraq fərq yoxdur. Burada heç kim özünü ağır hiss etmir. Dərsə gələndə kiminsə özünü pis hiss etdiyini görməmişəm. Hər kəs sevinə-sevinə dərsə gəlir”.
Ölkə başçısının oğlu asudə vaxtını necə keçirdiyi barədə də açıqlama verib. Dərslərdən sonra belə dostları ilə akademiyada vaxt keçirdiyini bildirib:
“Dostlarımla gəzirəm, yemək yeyirəm, sonra da evə gedirəm. Dincəlirəm, dərslərə hazırlaşıram».
Heydər Əliyev jurnalistlərin qiymətləri ilə əlaqəli olaraq verdiyi suala səmimi cavab verib:
«Qiymətlərim yaxşıdır. Razıyam, amma əla deyil. Gələcəkdə yüksəldəcəm. Atam dərslərimlə hər gün maraqlanır. Hər gecə məndən soruşur, dərslərin necə keçib, dostlarınla necə gəzmisən? Hara getmisən? Dərslərin ağırdır? Çətindir? O da mənə çox yaxşı təsir edir. Çünki məni fikirləşir»./apa/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button