ArxivXəbər lentiXəbərlər

Bakı mətbuatının İranın Qarabağ savaşına yardımlarına münasibəti (1994)

Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi məlumata əsasən, bir vaxtlar İranda Novruz bayramının yaxınlaşması ilə eyni vaxtda Azərbaycan mətbuatında İrana münasibəti əks etdirən yazılar gedirdi. Respublika qəzetinin 1994-cü il, 26 mart sayında tam bir səhifə İrana həsr edilmişdi. Məqalədə İran İslam Respublikası prezidentinin, Təbriz Bələdiyyə idarəsinin binası və saat fotoları da yer almışdı. Əsasən iki xəbərdən ibarət olan yazıya “Azərbaycan İran İslam Respublikası prezidentinin nəzərində” adı verilmişdi. Yazıda deyilirdi:

İran İslam Respublikası prezidenti Azərbaycanda baş verən hadisələrə çox diqqətlə yanaşır. Bu təsadüfi deyil. İran İslam Respublikası və Azərbaycan Respublikasını dərin dostluq rabitələri bağlayır. İki ölkə arasında münasibətlərin 20 illik tarixi var. Təkcə bunu demək bəs edər ki, İranda ən böyük azlıq azərbaycanlılardır. Bundan əlavə azəri əsilli bir çox şəxsiyyətlərin İranın idarəçiliyində böyük rolu olub.

Prezident Rəfsəncani Azərbaycanda, xüsusilə Naxçıvandakı müsəlman qardaşlara kömək üçün bu günə qədər bir çox fərmanlar imzalayıb. Azərbaycanda müharibə zamanı yaralananlar İranda müalicə olunub. Bu barədə prezident Rəfsəncaninin  xüsusi tapşırığı olub. Cənab Rəfsəncani Azərbaycan prezidenti Heydər Əliyevə məktub yazaraq ermənilərin Ağdama hücumunu pisləyib. Rəfsəncani Əliyevə hərtərəfli kömək təklif edərək ermənilərin Qarabağa təcavüzünü  məhkum edib. İki prezident arasında telefon danışıqlarında Rəfsəncani ermənilərin işğal olunmuş torpaqlardan çıxması zərurətini vurğulayıb. O deyib ki, azəri qardaşlarımızın qəm-qüssəsini bölüşürük, sizin çətinliklərinizi öz çətinliyimiz sayırıq və bu məqsədlə sizə hərtərəfli köməyə hazırırq.

Respublika qəzeti “Qonşumuzu daha yaxından tanıyaq” adlı digər bir məqalədə İranın mövqeyi, coğrafiyası, iqtisadiyyatı, cəmiyyəti, mədəniyyəti  barədə yazır. Məlumat verilir ki,  İran 1641195 kv km əraziyə malikdir, bu ölkənin əhalisi 75 milyon nəfərdir. Bu ölkə Asiya, Avropa və Afrika qitələrinin qovşağındadır. Bu məntəqədə qədim dövrdən arilər  məskunlaşıb.

Bu ad zaman ötdükcə dəyişərək İran formasını alıb. İranda siyasi dəyişikliklər tarix boyu qeydə alınıb. 1979-cu il, 11 fevralda İslam İnqilabı nəticəsində şahlıq rejimi süqut edib, “nə şərq, nə də qərb” şüarı xarici siyasətin ana xəttini təşkil edib.  İslam İnqilabından sonra İranda dostluq və bərabərlik ruhiyyəsi hakim olub.  İslam mədəniyyəti səhnəyə qayıdıb, ölkə iqtisadiyyatında dəyişikliklər baş verib, ölkənin müdafiə gücü çox artıb. İqtisadiyyat və mədəniyyyət sahəsində dəyişikliklər diqqəti daha çox cəlb edir.

   

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button