AktualAktualArxivXəbər lentiXəbərlər

Bakı mətbuatında mühüm sənəd

Ərdəbilin imam-cüməsi Azərbaycan Respublikası mətbuatında mühüm bir sənədin nəşri haqqında danışıb. Bu sənədə əsasən 1990-cı il, 20 Yanvar qırğınında Amerika senatorlarının da iştirakı var. Məqsəd ermənilərin intiqamını almaq olub. Cənab Amili deyib: Bu sənəd azərilərin Qarabağ probleminin arxasında məhz Amerikanın durduğunu başa düşməsi üçün gözəl dəlildir.

Qafqaz Mədəniyyət Mərkəzi xəbər verir ki, Vəliyyi-Fəqihin ustandakı nümayəndəsi, Ərdəbilin imam-cüməsi son xütbələrdə dövlətin Ərdəbili azad ticarət və sənaye məntəqəsi kimi nəzərdə tutmasını böyük fürsət adlandırıb. Cənab Amili bu layihəyə görə ustan rəhbərlərinə təşəkkürünü bildirib. Ayətullah Amili ustandar və məclis nümayəndələrindən xahiş edib ki, məclisdə baxılacaq dövlət layihəsində həm Parsabad, həm Aslanduz, həm Biləsuvar, həm də Germi nəzərdə tutulsun.

Cənab Amili məntəqə əhalisinə müraciətlə bildirib ki, müstəqil azad məntəqə asılı azad məntəqədən üstündür və Ərdəbil bundan faydalanacaq.

Ərdəbil əhalisinin Xibrə Məclisindəki nümayəndəsi xütbənin başqa bir hissəsində Hizbullahın İsrailə qarşı uğurlu intiqam əməliyyatını ərəb və müsəlmanlar üçün heysiyyətin təsdiqi adlandırıb. İmam-cümə sionist rejimin bu acizliyi və Hizbullaha müraciət etməsini təkcə işğalçı rejim yox, həm də onun dünyadakı hamilərinin nüfuzdan düşməsi kimi qiymətləndirib.

Cənab Amili bildirib ki, bu müvəffəqiyyət Hizbullah və İranın məntəqə və rejiondakı mövqelərini möhkəmləndirdi.

Ayətullah Amili cihad yolunda Hizbulahı vəhabilərlə müqayisə edərək deyib: Məhəmməd ibn Əbdülvəhhab və İbn Teymiyyənin  düşüncələri İŞİD səviyyəsini aşa bilməyəcək.

Ərdəbilin imam-caməsi Bakı mətbuatında Amerika senatorlarının 20 Yanvar qırğınında iştirakını təsdiqləyən sənədin nəşrindən danışıb. Ermənilərin intiqamı məqsədi ilə atılan bu addım barədə deyib: Bu sənəd azərilərin Qarabağ probleminin arxasında məhz Amerikanın durduğunu başa düşməsi üçün gözəl dəlildir.

İmam-cümə ABŞ səfirliyi nümayəndəsinin bu sənəddən dolayı Bakıdan üzr istəməsini böyük rüsvayçılıq adlandırıb.

Amerikanın Azərbaycanda insan haqlarının pozulması ilə bağlı Bakıya təzyiqlərini yada salan Amili deyib: Əvvəllər də Azərbaycanda belə hadisələr olub. Amma Amerikanın hazırda etraz bildirməsi onun  xalq yox, şəxsi mənafelərinə görə narahat olduğunu göstərir.

Cənab Amili bildirib ki, Amerikanın Bakıya bu qəbil təzyiqlərində məqsəd imtiyaz almaq, Rusiyanın Qafqaza daxil olmasına mane olmaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button