ArxivIslamXəbər lentiXəbərlər

Bakı kəndlərində jurnalistlər məscidlərə buraxılmayıb – FOTOLAR

Bu il Bakı kəndlərində Aşura mərasimlərinin keçirilməsinə müəyyən məhdudiyyətlər qoyulub.

Musavat.com xəbər verir ki, məscidlərin həyətində, həmçinin ondan kənarda dini ayinlərin yerinə yetirilməsinə, ehsan süfrələrinin açılmasına icazə verilməyib. Küçələrdə polislər gücləndirilmiş iş rejimində çalışır, hərəkətə nəzarət edir.

Diqqəti çəkən məqamlardan biri də məscidlərdə mətbuat işçilərinin çəkiliş aparmasına qadağa qoyulmasıdır. Buzovna kəndindəki Cümə məscidində çəkiliş apararkən məscidin işçiləri mətbuatın girişi ilə bağlı xüsusi təlimat olduğunu bildiriblər və içəridə çəkiliş aparılmamasını xahiş ediblər.

Qeyd ediblər ki, bu il Nardaran hadisələrindən sonra hökumət Bakı kəndlərindəki məscidlərə nəzarəti artırıb: “Məscidin axundu Hacı Soltanın mətbuat ilə bağlı xüsusi göstərişi var ki, heç bir çəkiliş aparılmasın. Nardaran olaylarından sonra ehtiyat edirik, Buzovnada bir məscidimiz var, onun da bağlanmasını istəmirik”.

Onu da qeyd edək ki, yolboyu kəndin girişindən başlayaraq ziyarətgaha doğru insanlar hərəkət edir. Məsciddə yüzlərlə insan mərsiyələr oxuyub, sinə vurub.

Bu gün qətl sınan vaxta qədər işləmək bəyənilmədiyindən yolboyu bütün ictimai iaşə obyektləri, mağazalar, hətta iri marketlər bağlıdır.






Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button