ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bakı Baş Gömrük İdarəsi yenə də KÖHNƏ MAFİYANIN əlindədir…

Turantv.AZ: – Keçən həftə bir sahibkarın Bakı Baş Gömrük İdarəsi daxilində etdiyi etiraz böyük ajiotaj yaratdı. Qeyd edək ki, artıq bu məsələdə sahibkara köməklik edildiyini iddia edənlər də var. Amma bizim diqqətimizi çəkən bu deyil.

Bununla bağlı DİA.AZ-a müracət edən digər sahibkarlar əslində, gömrük orqanlarında vəziyyətin heç də dəyişmədiyini, Şahin Bağırovun Dövlət Gömrük Komitəsinə sədr təyin olunmasının da heç bir formada dəyişikliyə səbəb olmadığını bildirirlər.

Sahibkarlar adından DİA.AZ-a edilən müraciətdə deyilir:

Bakı Baş Gömrük İdarəsi yenə də KÖHNƏ MAFİYANIN əlindədir...

“Baxın, bu video yenə sübut edir ki heç nə orda dəyişməyib! Axı necə dəyişsin? O sahibkarın adını çəkdiyi Faiq Seyidov əslən nehrəmlidir… Hansı ki “inspeksiya”nın rəisi işləyib… Haralarda qaz vurub, qazan doldurmaylb bu adam!

Bakı Baş Gömrük İdarəsi yenə də KÖHNƏ MAFİYANIN əlindədir...

Qapıda duran Orxandır… O da nehrəmlidir. Növbətçi hissəsənin rəisi, özü də Əskər Abdullayevin qohumudr. O, yükü bıraxan Turan da nehrəmlidir.

Hələ orda Əskər Abdullayevin qardaşı oğlu var… “Baş kəsən” ləqəbli Abdulla Abdullayev… Bu narazı sahibkar Allaha dua eləsin ki onun əlinə düşməyib! O bütün vaqonlarla gedən yüklərə vaxtında rəhbərlik edib! Son vaxtlar karqolardan pul yığırdı!

Yəni gömrükdə heç nə dəyişməyib və dəyişən də deyil!”

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button