ArxivXəbər lentiXəbərlər

Bakı Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsinə reaksiya verib

Azərbaycan Respublikası Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsinə reaksiya verib.

Qafqaz.ir İRNA-ya istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri və Avropa Birliyi ilə əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsinə reaksiyada bildirib ki, bu məsələ Brüssel-Bakı münasibətlərinə ciddi zərbə vurur.

Avropa Parlamenti cümə axşamı günü bir qətnamə təsdiqləyərək Azərbaycan Respublikasından insan haqlarının pozulması, insan haqları müdafiəçiləri və jurnalistlərin həbsi hallarının artmasına toxunub və bu ölkənin insan haqlarını pozan rəsmilərindən bir qrupuna qarşı sanksiyanın tətbiq olunmasını istəyib.

Bu qətnamənin bir hissəsində Avropa Birliynə üzv ölkələr, eləcə də bu birliyin xarici siyasət komissiyasından istənilib ki, Azərbaycan Respublikasında noyabr ayında keçiriləcək parlament seçkilərinə müşahidəçilər ezam etməkdən çəkinsinlər.

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri bu qətnaməni qərəzli və əsassız adlandırıb və Avropa Parlamentinin bu hərəkətinin cavabsız qalmayacağını bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button