ArxivXəbər lentiXəbərlər

Bəzən heyvanlar insanlıq, insanlarsa vəhşilik nümunəsinə çevrilirlər

Təbiətdə elə hadisələrə rast gəlirik ki, onları insan əqli izah etməkdə acizdir. Aşağıda nəql edilən hadisə də belələri sırasına aiddir.

BMT-nin sənədlərinə əsasən, Efiopiyada qeydə alınan nikahların 70 faizi məcburiyyət qarşısında bağlanır. Bu ölkədə qurulan ailələrin xüsusiyyəti bundan ibarətdir ki, kişilər nəinki qadının, ümumiyyətlə onun valideynlərinin də razılığını almağa ehtiyac duymurlar. Kişilər sadəcə gənc qızları oğurlayır və nikaha məcbur edirlər.

Şəkildə gördüyünüz bu 12 yaşlı qız da eyni aqibəti yaşamalı idi.

O, məktəbdən evə qayıdarkən 7 nəfərdən ibarət qrupun hücumuna məruz qalıb. Lakin baş verən möcüzə uşağı xilas edib. Hardansa peyda olan 3 aslan caniləri qaçmağa vadar edib. Qız isə keçirdiyi şok nəticəsində yerində qalıb. Amma vəhşi heyvanlar ona hücum edib parçalamaq əvəzinə qızı polis gələnə qədər qoruyublar.

Asayiş keşikçilərindən biri deyib ki, gördükləri əsl möcüzədir: “Şirlər bir qədər gec gəlsəydilər qızı xilas etmək mümkün olmayacaqdı”.

Bəs nə üçün aslanlar uşağı xilas etdilər? Nə üçün polis gələnə qədər mühafizələri altında saxlayıblar? Bu suallara dəqiq cavabı ancaq Allah bilir. Maraqlıdır ki, Efiopiyanın milli rəmzi məhz aslandır.

Həqiqətən də, çox qəribə hadisədir. Görünür, həqiqətən, bəzi vəziyyətlərdə heyvanlar insanlardan daha mənəviyyatlı ola bilirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button