ArxivIslamXəbər lentiXəbərlər

“Bəşər Əsədin Suriyanın azadlığını tam olaraq təmin edəcəyi gün yaxınlaşır”

Zərdüşt Əlizadə: “Bəşər Əsəd hakimiyyətinə qarşı endirilən hər zərbə Rusiyaya yönəlib”

Mosul şəhəri İŞİD terrorçularından tamamilə təmizlənib. Əməliyyatlar İraq Xalq Qüvvələri olan “Həşdüş-Şabi” Ordusunun hərbi hissələri tərəfindən həyata keçirilib. Həmçinin əməliyyatları davam etdirən İraq Silahlı Qüvvələri Tikriti də tam nəzarət altına alıb. Bununla da İŞİD terror təşkilatının İraqdakı varlığına son qoyulub. Suriya ordusu da terrorçularla mübarizədə xeyli uğurlara imza atıb. Suriya və İraq hərbi qüvvələrinin sərhəddə görüşməsi İŞİD-in mövqelərinin Suriyada zəiflədiyini bir daha sübuta yetirir. Lakin maraqlı məqam ondan ibarətdir ki, İŞİD-in havadarları olan imperialist qüvvələr Suriyanı bombardman etməkdən çəkinmir və təhdidləri davam etdirir. Belə olan təqdirdə isə ABŞ, İsrail və Əsəd hakimiyyətinin legitimliyini dəstəkləyən Rusiyanın maraqları Suriyada toqquşur.

Bəs görəsən bu toqquşma Suriyanın gələcək taleyi üçün nələr vəd edir?

Mövzunu “İslaminSesi” nə tanınmış politoloq Zərdüşt Əlizadə şərh edib. Politoloq bildirib ki, İraq və Suriya ordularının sərhəddə görüşmələri, İŞİD-in məğlubiyyətinin əsas göstəricisi kimi qəbul oluna bilər: “ Eyni zamanda Suriya ordusu ölkənin əsas nöqtələrini terrorçulardan təmizləyib. Beləliklə Bəşər Əsədin Suriyanın azadlığını tam olaraq təmin edəcəyi günün yavaş-yavaş yaxınlaşdığını demək mümkündür. Bu işdə Əsəd hökumətinə Rusiya və İran dəstək verir. Eyni anda Türkiyə də, Suriyadakı nüfuzunu saxlamaq üçün Bəşər Əsəd hökumətinə dəstəyini əsirgəmir. ABŞ-ın yeganə ümidi isə “Azad Suriya ordusuna” qalıb. Bu müxalif qüvvələr isə demək olar ki, süquta uğrayıb. Ona görə də, ABŞ Suriyaya müdaxiləsinin həcmini artırmağa və əlavə xüsusi təyinatlı qüvvələr göndərməyə məcburdur. Hətta öz gəmiləri vasitəsi ilə Suriya ordusunun qüvvələrini bombalamaqdan da çəkinmir. Bütün bunların hansı həddə qədər davam edəcəyi isə sual altındadır”.

Zərdüşt Əlizadənin sözlərinə görə, Suriyanın, ABŞ-a layiqli cavab vermək imkanı yoxdur: “ Lakin bunu onun müttəfiqləri olan Rusiya və İran edə bilər. İran bu addımı tək ata bilməz. Rusiyanın isə cəsarətinin çatıb-çatmayacağı sual altındadır. Bəşər Əsəd hakimiyyətinə qarşı endirilən hər zərbə Rusiyaya yönəlib. Yəni ABŞ dolayısı ilə Rusiyanın dəstəklədiyi Əsəd hakimiyyətini tanımadığını nümayiş etdirir. Bütün bunların fonunda Rusiyanın hansı addımlar atacağı çox önəmlidir. Ya Rusiya layiqli cavab verəcək, yaxud geri çəkiləcək. Bu isə Rusiyanın sərbəst siyasətinin məğlubiyyəti demək olacaq. Eyni zamanda Suriyanın gələcək taleyini və müqəddəratını Rusiyanın atacağı addım həll edəcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button