ArxivXəbər lentiXəbərlər

Bərdədə məcburi köçkünlərin etirazı: saxlanılanlar və yaralı var

Ötən gün Bərdə rayonunda dövlət tərəfindən verilən mənzillərin paylanması zamanı yol verilən haqsızlıqlardan narazı qalan məcburi köçkünlər yenidən aksiya keçiriblər. Bərdə rayon sakinlərinin “Yeni Müsavat”a verdiyi məlumata görə, aksiyada 150 nəfərə yaxın məcburi köçkün iştirak edib.

Xəbər verildiyi kimi, Bərdə Rayonu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 105 saylı peşə məktəbinin binasında məskunlaşan Ağdam, Ağdərə, Xocalı, Laçın, Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrinin evlə təmin edilməsini həyata keçirir. İndiyə qədər 125 ailə mənzillə təmin olunsa da, lakin 30-a yaxın ailə isə müxtəlif səbəblərdən mənzillə təmin olunmayıb. Nəticədə həmin ailələr etiraz aksiyası keçirməklə məsələni ictimailəşdirmyə çalışıblar.
Aksiyaçılardan Xocalı rayon sakini Süleyman Cavadov ötən günki aksiyada yaşananları danışıb: “Dünən yenidən məcburi köçkünlər gün ərzində iki dəfə yolu kəsdilər. Şəhərin mərkəzi küçələrini və Bərdə-Yevlax yolunu bağladılar. Aksiyada təxminən 150 nəfər iştirak edirdi. Etiraz bildirənlərin bir neçəsi həbs olundu. Məndə olan məlumata görə, aksiya zamanı 8 nəfər saxlanılıb və bir şəhid anası başından yaralanıb. İcra hakimiyyəti tərəfindən mətbuata tapşırılıq verilib ki, hadisə haqqında məlumatlar ictimaiyyətə çatdırılmasın. Hazırda Qarabağ əlilləri, şəhid ailələri, veteranlar mənzil verilməsini tələb edirdilər. Dünən hadisə yerinə xeyli sayda polis gəldi, camaatı uzaqlaşdırmağa çalışdılar. Məcburi köçkünlərlə polis arasında qarşıdırma yarandı”.
Süleyman Cavadov onu da bildirdi ki, hazırda yaşadıqları 105 nömrəli yataqxanada kommunal şərait acınacaqlı vəziyyətdədir: “Tez-tez işığı, suyu kəsirlər. Niyyətləri bizi bezdirib yaşadığımız yataqxanadan çıxarmaq və hər şeyi ört-basdır etməkdir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button