Xəbərlər

Azərbaycan səhiyyəsinin növbəti qurbanı

Həkimlərin səhv diaqnoz qoyaraq əməliyyat etdikləri 1997-ci il təvəllüdlü Nərmin Həsənli ağır vəziyyətdədir.

“Balamı göz görə-görə itirirəm. Uşaq artıq qan qaytarır. Evə gətirmişik. Axşama sağ qalmağına belə ümid yoxdur”
Bu barədə N.Həsənlinin anası Məhbubə Hüseynova Azadxeber.net-ə məlumat verib. Sumqayıt şəhərində yaşayan 17 yaşlı Nərminin 2013-cü ilin aprel ayında təsadüfən boğazında şiş yaranması ilə bağlı Sumqayıt Şəhər Xəstəxanasına üz tutublar. Xəstəxanada bu düyünün limfoma olduğunu bildiriblər. Məhbubə xanım deyir ki,”Dedim aparım Bakıya bir yaxşı həkimə göstərim. Gəldik Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinə Zamanov Ramizin yanına. Baxan kimi bizə bildirdi ki, təcili əməliyyat olunmalıdır, düyünlü zobdur. Heç yoxlamadılar, dedilər tez 800 manatı ver əməliyyat olunsun. 4 gündən sonra qızım əməliyyat olundu. Boğazından yanlış olunan əməliyyat sonradan Nərmində şişlər əmələ gətirdi və xərçəng xəstəsinə çevirdi. Tibb elmləri doktoru səhv diaqnoz qoyub, müayinə etmədən əməliyyat edəcəyini heç ağlıma da gətirməzdim.”
2013-cü il may ayının 1-də əməliyyat olunan Nərmin Həsənlinin vəziyyəti olduqca ağırdır. Nərminin anası Məhbubə xanım ağlayaraq “Balamı göz görə-görə itirirəm. Uşaq artıq qan qaytarır. Evə gətirmişik. Axşama sağ qalmağına belə ümid yoxdur” – deyə bildirdi.
Əməliyyat üçün həkimə verilən 800 manat pul isə sonradan ailəsinə geri qaytarılıb. Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin cərrahı, tibb elmləri doktoru Zamanov Ramiz Axar.az-a müsahibəsində deyilənləri inkar edib. Bildirib ki, “Bu işlərlə məhkəmə məşğul olur, siz yox. Bütün arxivlər var. Burda heç bir səhv diaqnoz olmayıb. Mən heç kimdən pul almamışam, əməliyyatı isə

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button