ArxivXəbərlər

Azad olmayan ölkə

ec8a388524e7dfc9a7f1b3bbbed831c7

Bu dövlət də hakimiyyətə gəlmə saxta seçkilərlə olsa belə onun mill mahiyyətnin dəyişdirilməsinə heç bir halda yol vermək olmaz. Ölkəmizdə yaşayan insanların təhlükəsizliyinə, sosial-mədəni haqlarının qorunmasına və qanunlar qarşısında bərabərliyinə də təminatı məhz Azərbaycan xalqının iradəsini təmsil edən dövlət verir. Lakin narahatlıq doğuran cəhət odur ki, ən böyük milli dəyərimiz hesab olunan dövlətimizin milli xarakteri bu gün öz mərkəz oxundan sapdırılmaqdadır. Dövlətin və millətin təhlükəsizliyi kimi fövqəladə dərəcədə əhəmiyyətli olan qurumların milli məzmundan uzaqlaşması, Azərbaycan dövlətinin gələcəyi üçün potensial təhlükələrin getdikcə böyüməsinə və hətta dövlət səviyyəsində qəbul edilən qərarların qəbuluna təsir göstərməsi nəzərdən qaçırılmamalıdır. Amma təəssüflər olsun ki Azərbaycan adlanan bu başıbəlalı məmləkətdə vəziyyət tamam başqa cürədir. İnsanlar dövlətdən öz sosial rifahlarını gözləyirlər. Dövləti idarə edənlər isə bu millətə, bu xalqa düşmən gözü ilə baxır, hətta bu yazıq milləti öz mülkiyyəti hesab edirlər. İstəyirlər ki, hamı bir qarın çörəyə möhtac olsun, ölkənin necə talan edildiyini heç kim düşünməsin.. Bunun bir adı var: Dərəbəylik və insanların kütləvi şəkildə müflis edilməsi. Istəyirlər ki, hamı bir qarın çörəyə möhtac olsun və ölkənin necə talan olunması barədə heç kim düşünməsin. Bu halda kim ölkəni necə istəyir, o cür də talan edəcək. Kim ki, deyir, bu monopoliyadır, boş söhbətdir. Hakimiyyət çoxdan bütün sahələri monopoliyaya alıb. Hansı sahibkar bu ölkəyə banan, yumurta gətirə bilər?! Tikintilə ilə məşğul ola bilər?! Bu artıq hamıya bəllidir. Kiminsə balaca bir sexi bütün sahələri monopoliyaya almış hakim ailəni niyə narahat etməlidir ki?! Yenə də deyirəm, bu yalnız və yalnız insanları müflisləşdirmək planıdır. Bu arada amerikali bir tədqiqatçının araşdırmasına nəzər salaq. Amerikalı araşdırmaçı Hovard Eysenstet yazır: “Azərbaycanın öz vətəndaşları ilə pis rəftarından dəhşətə gəlməliyik.O Azərbaycanın beynəlxalq hesabatlarda ən sərt formada tənqid olunduğunu, ölkədə insan haqları və söz azadlığının kəskin şəkildə məhdudlaşdırıldığını vurğulayıb. Müəllif “Freedom House”, “Transparency İnternational” kimi beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarını mənbə kimi göstərərək ölkəmizdə qanunun aliliyinin pozulduğunu, korrupsiyanın dövlət siyasəti halına gəldiyini bildirib. “Freedom House” Azərbaycanı söz azadlığının dəhşətli halda olduğu 18 ölkə arasında göstərib. Təşkilat hesabatlarında Azərbaycan müxalif fəallara qarşı repressiyaların sərt forma aldığı 10 ölkədən biridir. Jurnalistlər, gənclər və siyasi fəallar həbsxanalara atılır. “Transparency İnternational” isə bildirir ki, Azərbaycan dünyanın ən çox korrupsiyalaşmış neft kleptokratiyalarından – oğru rejimlərindən – biridir. Sizin məqalədə Azərbaycanın Cenifer Lopes kimi ulduzların performansı vurğulanır: bunu da qeyd eləmək vacibdir ki, “Amnesty İnternational” Şakira və Rihannaya açıq şəkildə yalvarmışdır ki, öz konsertlərini insan hüquqlarının pozulması üzrə məlumatın işığında olan bu ölkədə keçirməyi təkrar düşünsünlər. Bəli biz Azərbaycanın öz vətəndaşları ilə belə pis rəftarından dəhşətə gəlməliyik”, – deyə Hovard Eysenstet yazıb. İndi hamını birsual düşündürür.Azərbaycanda demokratiya ola bilərmi? Xarici ekspertlərin də hesabatında vurğulanır ki, neft bumu və artan korrupsiya Azərbaycanda siyasi təbəqələr arasında uçurumu daha da dərinləşdirib. Bu tendensiya radikal cərəyanlara yol açır. Bir qisim təbəqə “SSRİ-nin xiffəti”ni çəkir, digər qisim isə radikal dini və millətçi cərəyanlara üz tutur. Bir sözlə, Azərbaycanda demokratiyanın gələcəyi şübhə altında qalır. Ölkədə insan haqlarının davamlı pozulması beynəlxalq təşkilatların sərt tənqidinə səbəb olur. Hakimiyyət isə daha da sərt mövqe sərgiləməkdə davam edir. Qərb mətbuatının yazdığına görə, “neft amili” 2013-cü ildə də Azərbaycanın siyasi həyatında özünün mürəkkəb rolunu oynamaqda davam edəcək. Neft gəlirləri ilə demokratiya demək olar ki, tərs mütənasiblik təşkil edir, gəlirlər artdıqca demokratiyanın sərhədləri daralır və bu hal demokratik seçki keçirməyə imkan vermir.Neft gəlirləri ilk növbədə, cəmiyyətin inkişafına deyil, mövcud rejimin güclənməsinə xidmət edir. Ümümdünya Bankının bir sıra neftçıxaran ölkələrdə, o cümlədən də Azərbaycanda keçirdiyi tədqiqatın nəticələri də bunu sübut edir. Həmin araşdırma göstərir ki, dövlət idarəetmə sistemində şəffaflığın aşağı səviyyədə olması, qanunun aliliyinə əməl olunmaması, korrupsiyanın yüksək miqyası və digər xoşagəlməz hallar neft ölkələrinin xarakterik xüsusiyyətləridirlər. Demək ki nə qədər bu haqsızlıqlara dözəcəyiksə bir o qədər də qul kimi yaşamağa davam edəcəyik.Amma unutmayaq ki Allah bizi azad yaradıb.Və Onun yaratdığı nemətlər xüsusi adamların deyil bütün bəşəriyyətin haqqıdır./Azər Vəliyev-carci.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button