Arxiv

Azəri gənclərin Suriyada həlak olmalarına reaksiyalar davam edir

KMO_088197_174013_1_t218_202849

Azərbaycan Respublikasınin bəzi vətəndaşlarının Suriya müharibəsinə daxil olmaları və təkfiri qüvvələrə qoşulmaları azəri ekspertlərin tənqidi ilə üzləşib.

Bununla əlaqədar Bakının Məşhədi Dadaş məscidinin imam camaatı Şahin Həsənli APA ilə müsahibədə söyləyib : Bəzi ölkələr öz maraqları istiqamətində bu şəxslərdən sui-istifadə edir.
Halbuki Suriya hadisələrinin cihadla əlaqəsi yoxdur. Hacı Şahin Həsənli demişkən Qarabağ müharibəsi əvəzinə Suriyaya göndərilən Az.R vətəndaşları şəhid sayıla bilməzlər.
Qarabağın dini mərkəzlərinin nümayəndəsi Seyid Camal Əzim Bibi də APA ilə müsahibədə söyləyib: Biz , Az.R vətəndaşlarının Suriyaya göndərilmələrini dərin nigaranlığımızı bildirib bu işi hədə kimi qiymətləndiririk. Bu azəri ekspert eyni halda təkidlə bildirib : Vəhhabilər özlərindən savayı hər kimi kafir sayır və İlham Əliyevin hökuməti Az.R vətəndaşlarının Suriyaya göndərilməsinin qarşısını almalıdır.
Bununla əlaqədar QAT bir bəyanat yayaraq elan edib : Rəsmi Bakı Qarabağda ermənilərə qarşı hərbi əməliyyatlarını dayandırır. Buna görə də , bu gənclər hərbi məharətlərini başqa yerlərdə nümayiş etdirmək istəyərək digər ölkələrin turuna düşürlər. QAT-ın
bəyanatında həmçinin bildirilib :Bu azəri gənclər Səudiyyə Ərəbistanı və bəzi digər ölkələrin təbliğatlarına qurban gedir. Bu gəncləri aldadıb öz məqsədlərinə çatmaq üçün onlardan sui-istifadə edirlər.
Demək lazımdır ki, Az.R-nın hərbi mərkəzlər və ekspertlərinin aldanmış şəxslərin Suriyaya göndərilin təkfirlərə qoşulmalarına mənfi reaksiya vermələri bu ölkənin müsəlman ziyalılarının vəhhabilərə nifrətli olmalarını göstərir.
Bununla belə rəsmi Bakı müxtəlif islam və başqa dinlərin firqələrinə siyasi məqsədlər prizmasından yanaşaraq təkcə öz təməllərini qorumağı düşünür. Buna görə də , Az.R-nın işğal olunmuş ərazilərini geri almağa təşəbbüs göstərmə yerinə bu ölkə ictimaiyyətinin diqqətini başqa məsələlərə yönəldir. Misal üçün çoxdandır ki , azərbaycanlılar Qarabağ probleminin uzadılması və bir milyon nəfərdən çox vətəndaşlın didərgin düşməsini tənqid edirlər.
Az.R rəhbərləri Qarabağın sülh müzakirələrində uğur qazanmayaraq sanki Minsk Qrupunun fəaliyyətlərinə də ümidlərini itirmişlər. Belə bir şəraitdə Az.R rəhbərli Qarabağ münaqişəsinin həlli üçün xalq kütlələrinə arxalanıb.
Bu istiqamətdə imkanlarını səfərbər etmək yerinə başqa məsələləri meydana atırlar. Müsəlman xalqın işğal olunmuş ərazilərin azad edilib bir milyondan çox didərginin evlərinə qayıtmalarını düşündüyü bir halda İlham Əliyevin hökuməti Az.R daxilində ərəb vəhhabilərin fəaliyyəti və faktiki olaraq azəri gənclərin təkfiri qruplaşmalarla əməkdaşlıq etmələrinə imkan yaradır.
Xatırlatmaq lazımdır ki, vəhhabilər firqəsi Az.R-nın ailələrinə pul və bəzi imkanlar verməklə onların uşaqlarını Suriya hökuməti ilə döyüşməyə həvəsləndirirlər.
Halbuki bu qüvvələri Qarabağ cəbhəsində vətən və namuslarını qorumaq uğrunda döyüşə bilərlər.
Şübhəsiz Qarabağ müharibəsi alovlandığı təqdirdə Az.R-nın müsəlman dindar gəncləri öz yurdlarını azad etməyə səfərbər olacaqlar.

bu barədə Qarabağ Azadlıq Təşkilatıda son dövrdə azərbaycanlı gənclərin Suriyadakı döyüşlərdə iştirakı, həlak olmaları ilə bağlı yayılan xəbərlərlə əlaqədar bəyanat yayıb.

verilən məlumata görə, bəyanatda bu məsələnin təşkilatı ciddi şəkildə narahat etdiyi bildirilir.

Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, bu məsələ Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalı və qarşısının alınması üçün təsirli tədbirlər görülməlidir.

“Gənclərin başqa ölkəyə gedərək döyüşlərdə iştirak etməsinin məsuliyyəti ilk növbədə dövlət strukturlarının üzərinə düşür. Dövlət strukturları qabaqlayıcı tədbirlər həyata keçirə bilmirlər. Digər tərəfdən, qeyd etməliyik ki, hakimiyyət Qarabağda işğalçı Ermənistana qarşı hərbi əməliyyatları ləngidir, ona görə də bu gənclər hərbi bacarıq və istəklərini başqa yerlərdə reallaşdırmaq məcburiyyətində qalırlar. Biz əminik ki, əgər Qarabağda müharibə başalayarsa, bu gənclərin əksəriyyəti öz torpaqlarını düşməndən təmizləmək üçün döyüşə gedəcəklər. Başqa bir məsələni də vurğulamalıyıq ki, bu gənclər Səudiyyə Ərəbistanı və bəzi digər dövlətlərin zərərli təbliğatlarının qurbanlarıdır. Onları aldadaraq bu yola cəlb edir, öz məqsədləri üçün istifadə edirlər. Biz gənclərimizi yad təbliğatların təsirindən xilas olmağa və torpaqlarımızn işğaldan azad edilməsi üçün müqəddəs savaşa hazır olmağa çağırırıq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button