ArxivXəbər lentiXəbərlər

Azərbaycanlı xəstələri İrana aparan səbəblər nələrdir?

Azərbaycanlıları İrana aparan səbəblər nələrdir? Öncə ondan başlayaq ki, bu bum 2013-cü ilə qədər daha güclü idi. Səbəbləri barədə bir qədər sonra. Hələliksə onu deyək ki, İranda inkişaf etməkdə olan tibb elmləri təkcə ürək və göz xəstəlikləri əməliyyatlarını əhatə etmir. Orada böyrək, qaraciyər, beyin, ağciyərlər və s. xəstəliklər üzrə müasir müalicə üsulları və avadanlıqlarından istifadə olunur.

Hazırda İranda vərəm, QİÇS (SPİD) və xərçəngin müalicə üsulları üzrə tədqiqatlar aparılır. Avropa da İran mütəxəssislərinə yüksək qiymət verməyə başlayıb.

İranda lazım olan dərman preparatlarının 95 faizi ölkədə istehsal olunur. Statistikaya görə, ölkə hər il azı 50 adda yeni dərmanı dünya bazarına çıxarır. Bir neçə dünya şirkətlərinin inhisarında olan bəzi dərman preparatlarının istehsalı da İran tibbinin uğurlarındandır. SPİD-in qarşısını almaqda və müalicəsində istifadə olunan “İmod”, diabet xəstələrinin ayaq yaralarını müalicə etmək üçün hazırlanan “Angipars”, Hepatit C-nin müalicəsində istifadə olunan “İnterferon pegile” və digər dərmanların müəlliflik hüququ iranlı mütəxəssislərə məxsusdur.

Müasir dünyada sellulların müalicəsi metodu ilə həyata keçirilən müxtəlif üzvlərin bərpası həkimlərin imdadına çatıb. Bu gün İranda əsas sellulların, qaraciyər sellullarının, qığırdaqların istehsalı, xərçəng və sümük xəstəliklərinin müalicəsi sahəsində 100-dək elmi mərkəz işləyir.

Orqan köçürülməsi üçün İran qapısını döyənlər

İranda ildə 15 min ürək cərrahiyyəsi əməliyyatı aparılır. Amma hazırda İran bədən üzvlərinin köçürülməsi sahəsində dünyanın ilk 10 ölkəsindən biri sayılır. Son 25 ildə İranda 25 min böyrək köçürülüb. Bu cəhətdən İran inkişaf etmiş ölkələrdən hesab olunur. Burada orqan köçürülməsi üzrə 80 mərkəz fəaliyyət göstərir. Cənub qonşumuzda 30 tibb universiteti, şəhər və kəndlərdə isə 5 minə yaxın poliklinika, 15 min sağlamlıq evi var.

Həkimlər azmış kimi, artıq bu ölkədə ağır xəstələr üzərində əməliyyat aparan robot da fəaliyyət göstərir. Robotun texnologiyası İran Müdafiə Nazirliyi tərəfindən hazırlanıb və Səhiyyə Nazirliyinə verilib. Robot əməliyyatları kəlləni yarmadan yerinə yetirir. Belə əməliyyatların uğur qazanması imkanı çox yüksəkdir. Burada bir haşiyə çıxaq ki, qonşu ölkədə Azərbaycanın tibb təhsili barədəki rəy ürəkaçan deyil. İranın səhiyyə nazirinin müavini Məhəmmədəli Mohəqqiqi Azərbaycan Tibb Universitetinin diplomlarını etibarsız sayması ilə bağlı dəfələrlə açıqlama verib./musavat/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button