ArxivXəbər lentiXəbərlər

Azərbaycanlı vəhhabilər qrup yaratdılar

Azərbaycanlı vəhhabilər “Əxi” qrupu yaratdılar
Azərbaycanda vəhhabilərin virtual aktivliyinə daha biri əlavə olunub
AzadXeber.az-ın verdiyi məlumata görə, facebook sosial şəbəkəsində “Əxilər” adlı səhifə yaradılıb. Bu səhifədə sələfi, xəvaric, təkfirçi qrupların üzvləri aktivlik nümayiş etdirirlər. Eyni zamanda, Əbu-Bəkr məscidinin imamı Hacı Qamət Süleymanovun video çıxışları yayımlanır. Bu qrupun hazırda 1196 üzvü var. “Əxi” ifadəsi vəhhabilərdə “qardaş” xitabıdır.
Onlar bir-birinə “əxi” deyə müraciət edirlər. Artıq sosial şəbəkələrdə fəallaşan vəhhabilər görünür, yeni kurs götürüblər. Buna qədər cəmiyyətdən qaçan, təmas qurmağa meylli olmayan, özünü təcrid edən bu təriqət üzvləri inteqrasiya xəttini seçiblər. Sosial şəbəkələrdə onların fəallığından isə aydın etmək olur ki, sayca düşündüyümüzdən daha çoxdurlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button