ArxivmədəniyyatQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycanlı jurnalist mətbuat üçün yazdığı məqalədə İranın Azərbaycana yardımlarını yüksək qiymətləndirib

Mirzəağa Məmmədov yazır: Azərbaycana istər Elçibəy, istərsə də Heydər Əliyevin hakimiyyəti dövründə yeganə hərbi dəstək verən İran İslam Respublikası idi. Təkcə hərbi dəstək deyil idi, blokada şəraitində olan Naxçıvan İran İslam Respublikasının ümidinə qalmışdı.

Qafqaz.ir  xəbər verir, Milli Məclisin deputatı əslən naxçıvanlı olan Eldar İbrahimov o illəri xatırlayaraq, deyərdi: “Bizim o ağır illərdə üz tutduğumuz yeganə məkan İran idi. Sübh çağı İrandan göndərilən ərzaq, un və sair qida məhsulları ilə yüklənmiş maşınları görəndə sevincimizin həddi-hüdudu yox idi”.

Əbülfəz Elçibəy və Heydər Əliyev hakimiyyəti zamanında Prezident Aparatında xarici siyasət üzrə dövlət müşaviri vəzifəsində çalışan rəhmətlik Vəfa Quluzadə 1992-1993-cü illərdə Qarabağ Müharibəsində İranın Azərbaycana göstərdiyi köməkliyi ilə bağlı “Gələcəyin Üfüqləri” kitabında yazırdı: “O, ağır illərdə İran qazı evlərimizi isidirdi. Ermənistanla müharibədə yaralanmış əsgərlərimiz İran hospitallarında pulsuz müalicə olunublar. İrandan gətirilmiş avtobuslar nəqliyyatımızdakı böhranı aradan qaldırıb. Biz İrana məhz qardaş ölkə kimi baxmalı, onunla əməkdaşlıq etməliyik”.

İranın Qarabağdan gələn qaçqın soydaşlarımıza düşərgələrin salınmasında Zəngilanın işğalında qaçqınlara İran ərazisindən göstərdiyi humanitar yardımların sayı-hesabı yetərincədir. Bu da bir başqa yazının mövzusudur. Uzun illər biz jurnalistlər İranın Ermənistanla olan qonşuluq siyasətini düzgün qiymətləndirməmişik. Daim qərəzli, böhtan dolu yazılara geniş yer vermişik. Bu 44 günlük Qarabağ savaşında İranın ali rəhbəri Həzrət Ayətullahül-uzma Xameneinin Qarabağ savaşınının şiddətli zamanında birmənalı mövqeyini yada salaq. “Ermənistan işğal etdiyi bütün ərazilərini Azərbaycana qaytarmalıdır. Qarabağ Azərbaycana məxsusdur və Azərbaycan öz torpaqlarını azad etməkdə haqlıdır”.

Bu gün də İran müharibədən zərərçəkən Dağlıq Qarabağ və ətrafındakı rayonların bərpa olunmasında iştirak etməyə hazırdır. İran Prezidentinin birinci müavini İshaq Cahangiri Şanxay əməkdaşlıq təşkilatına üzv ölkələrin iclasında deyib ki, İran bu məqsədlə öz iqtisadi, xüsusi ilə də enerji tranziti sahəsindəki potensiallarından istifadə edə bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button