ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanlı idmançı Moskvada saxlanılıb

Kamil Zeynallı öz video müraciətində Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını vurğulayıb:

“May ayından məni axtarışa veriblər. Lakin o vaxtdan 3 dəfə Rusiyaya gəlib-getmişəm. Yalnız indi saxladılar”.

İdmançı qeyd edib ki, sabah məhkəməyə çıxarılacaq. Ona polis bölməsində bildiriblər ki, ya özləri onu Ermənistana təhvil verəcək, ya da Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları onu gəlib aparacaq.

O, Azərbaycan dövlətindən yardım istəyib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, Kamil Zeynallıya müvafiq konsulluq-hüquqi yardım xidməti göstərilir.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə “Caliber”ə açıqlamasında Kamil Zeynallının Ermənistanın tələbi ilə saxlanıldığını təsdiqləyib:

“O, MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb. Ermənistan tərəfi onu Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham edir.”

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan bu gün günorta bildirib ki, Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.

 

 

“Sözügedən şəxs barəsində qətl törətmək ittihamı ilə dövlətlərarası axtarışa başlanılıb”, -məlumatda deyilir.

Ermənistan mətbuatı isə iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və Qarabağda erməni qocanın boğazını kəsib.

“Üstəlik, o, videoda sevincək şəkildə gülürdü. Daha sonra həmin görüntülər Teleqram kanallarında yayıldı”, – xəbərdə iddia olunur.

Erməni nəşri Kamil Zeynallını ittiham etdikləri həmin görüntüləri də yayıb.

Rusiyada yaşayan azərbaycanlı vəkil Elman Paşayev Kamil Zeynallının saxlanılması ilə bağlı Baku TV-yə açıqlamasında onu nələrin gözlədiyini açıqlayıb:

“Rusiya qanunvericiliyinə əsasən, o, bir ay müddətində təcridxanaya yerləşdirilməli və bu müddət ərzində Ermənistan bütün sənədləri Rusiyanın Baş Prokurorluğuna təqdim etməlidir. Bundan sonra onun Ermənistan tərəfinə verilib-verilməməsi məsələsinə baxılacaq”,- vəkil deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button